Xətai rayonunun uşaq evində narkomanlığa qarşı maarifləndirmə tədbiri keçirilib

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.2-ci yarımbəndinə əsasən internat tipli ümumi təhsil müəssisələrində olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların narkomanlıq və onun fəsadları barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə 3 saylı uşaq evində tədbir təşkil edilib.

Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin və Bakı Şəhər Narkoloji Mərkəzinin nümayəndələri iştirak ediblər.

Mövzu ətrafında çıxış edən nümayəndələr narkotiklərin insan orqanizminə məhv edici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, onun törətdiyi sosial bəlalar, həmçinin psixoaktiv maddələrin xüsusiyyətləri və narkotikdən istifadənin risk amilləri, rəqəmsal mühitdə narkotik riskləri, internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, asılılığın formalaşma mərhələləri və narkomanlığa qarşı mübarizə üsulları,xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə daimi söhbətlərin aparılmasının vacibliyi barədə ətraflı məlumat veriblər.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, “Rəqəmsal mühitdə gizli narkotik risklər”, “Psixotrop maddələr haqqında həqiqət”, "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar", “Yeniyetmələr və gənclər üçün” adlı maarifləndirici materiallar isə şagirdlərə paylanıb.

 




Baxılıb: 52