Narkotik vasitələrə qarşı mübarizə istiqamətində 8 ay ərzində 234 tədbir təşkil olunub

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın icrası davam etdirilir.

Cari ilin yanvar-avqust ayları ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə ümumilikdə 234 tədbir keçirilib. Bu tədbirlərin 168-i maarifləndirici və təşkilati görüş, seminar və təlim, 66-sı isə əhali arasında narkomanlığın zərərləri barədə məlumatlılığı artırmağa yönəlmiş maarifləndirici sosial aksiyalardan ibarət olub.

Əlavə olaraq, narkotik və psixotrop maddələrin zərərləri barədə cəmiyyətdə məlumatlılığın artırılması məqsədilə ümumi təhsil müəssisələrində məktəb rəhbərləri, müəllimlər, məktəb psixoloqları, valideynlər və valideynlər şurasının üzvləri üçün xüsusi maarifləndirici təlimlər təşkil olunub.

Keçirilən tədbirlər çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış yeni maarifləndirici və məlumatlandırıcı əyani vəsaitlərin iştirakçılar arasında paylanması təmin edilib.




Baxılıb: 31