Lerik rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Lerik rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində növbəti maarifləndirici təlimlər təşkil edilib.

Bununla yanaşı, “Dövlətçilik və vətəndaşlıq”, “Rəqəmsal bacarıqların artırılması”, “Təhsil və karyera”, “Sağlam həyat tərzi” mövzularında təşkil olunan təlimlərdə  iştirak edən gənclərə narkotik asılılıq problemi ilə bağlı biliklərinin artırılması məqsədilə rəqəmsal mühitdə narkotik riskləri, internet və sosial şəbəkələrdə gizli manipulyasiya üsulları, süni intellekt təsirləri, psixoaktiv maddələrin sağlamlığa zərəri, rəqəmsal savadlılıq, bu sahədə normativ hüquqi aktların müddəa və tələbləri, şəxsi təhlükəsizlik, düzgün qərarvermə və imtina bacarıqlarının formalaşdırılması istiqamətlərini əhatə edən Dövlət Komissiyasının daim fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Yeniyetmələr və gənclər üçün”, “Sən bunlara hazırsan?”, “Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar” və “Məlumatlı ol, cinayət törətmə” adlı yeni təbliğat materiallarının  paylanılması təmin olunub.




Baxılıb: 60