Şamaxı rayonunda veloyürüş təşkil edilmişdir

Azərbaycan Respublikasının Gənclər Fondu və “Gənc Peşəkar Velosipedçilər Klubu” İctimai Birliyinin birgə təşkilatçılığı və aidiyyəti qurumların dəstəyi ilə region gəncləri arasında yol hərəkəti təhlükəsizliyi, sağlam həyat tərzi və şəhər mədəniyyəti üzrə maarifləndirmənin artırılmasına yönəlmiş “Gənclik Yolunda” adlı layihə çərçivəsində Şamaxı rayonunda veloyürüş təşkil edilmişdir. Layihənin əsas məqsədi gəncləri zərərli vərdişlərdən uzaq durmağa təşviq etmək, velosiped sürərkən təhlükəsizlik qaydalarına əməl etmə vərdişlərini möhkəmləndirmək, idmana və fiziki aktivliyə marağı artırmaq, eləcə də onların sosial iştirakçılığını gücləndirməkdən ibarət olmuşdur.

Tədbir çərçivəsində bir qrup yeniyetmə və gəncə narkomanlığın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin yaratdığı təhlükələr barədə məlumatlar verilmiş, həmçinin narkotikdən istifadənin risk amilləri, sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli keçirilməsinə dair tövsiyələr səsləndirilmişdir.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Sən bunlara hazırsan?”, “Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar” və “Məlumatlı ol, cinayət törətmə” adlı yeni təbliğat materialları tələbələrə paylanmışdır.




Baxılıb: 41