Sumqayıt şəhər internat tipli gimnaziyada maarifləndirmə tədbiri təşkil olunub

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.2-ci yarımbəndinə əsasən internat tipli ümumi təhsil müəssisələrində olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların narkomanlıq və onun fəsadları barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhər internat tipli gimnaziyada “Sağlam gələcək naminə narkotikə Yox deyək” mövzusunda tədbir təşkil edilmişdir.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Sumqayıt Şəhər Narkoloji Mərkəzinin nümayəndələri iştirak ediblər.

Mövzu ətrafında çıxış edən nümayəndələr narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, onun törətdiyi sosial bəlalar, həmçinin psixoaktiv maddələrin xüsusiyyətləri və narkotikdən istifadənin risk amilləri, rəqəmsal mühitdə narkotik riskləri, internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, asılılığın formalaşma mərhələləri və narkomanlığa qarşı mübarizə üsulları barədə, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə daimi söhbətlərin aparılmasının vacibliyi barədə ətraflı məlumat veriblər.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, habelə “Yeniyetmələr və gənclər üçün”, “Rəqəmsal mühitdə gizli narkotik risklər”, “Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar” adlı maarifləndirici materiallar isə şagirdlərə paylanılıb.




Baxılıb: 15