Məlumatlandırıcı sosial çarx monitorlarda nümayiş olunur

26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və onların qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar ölkəmizdə bir sıra maarifləndirici tədbirlər həyata keçirilir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşəbbüsü ilə hazırlanan sosial çarx cari ilin 12 iyun tarixindən  Azərbaycan Dövlət Reklam Agentliyi vasitəsilə paytaxt Bakı ilə yanaşı, Sumqayıt və Gəncə şəhərlərinin küçə və prospektlərində yerləşdirilmiş elektron lövhələrdə yayımlanır.

“802 – qaynar xətt” adlı videoçarx nümayişi narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı sosial maarifləndirmə işinin gücləndirilməsi məqsədini daşıyır.

Qeyd edək ki, bu sosial çarxın uzunmüddətli yayımlanması nəzərdə tutulur.

 




Baxılıb: 80