Antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə 140 ədəd baner hazırlanmışdır.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.22-ci yarımbəndinə əsasən Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən əhali arasında antinarkotik təbliğatının gücləndirilməsi məqsədilə 5 adda, ümumilikdə 140 ədəd maarifləndirici baner hazırlanıb. Banerlərin bir sıra küçə və prospektlərdə, təhsil müəssisələrində, eləcə də əhalinin sıx olduğu digər məkanlarda yerləşdirilməsi nəzərdə tutulur.

Eyni zamanda, respublika üzrə narkomanlığın xüsusilə geniş yayıldığı rayon və şəhərlərdə maarifləndirici banerlərin yerləşdirilməsi planlaşdırılır.




Baxılıb: 404