“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci yarımbəndinə əsasən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Ucar rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə valideynlər üçün maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri, Gənclər və İdman İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və rayon Polis Şöbəsinin əməkdaşları çıxış edərək, narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahədə məlumatlılığın artırılmasının əhəmiyyəti, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə valideynlər tərəfindən daimi söhbətlərin aparılması və bu istiqamətdə nəzarətin gücləndirilməsi, habelə narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri və ağır fəsadları barədə ətraflı məlumat vermişlər.
Görüş zamanı mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça, həmçinin “Valideynlər üçün tövsiyə”, “Rəqəmsal mühitdə gizli narkotik riskləri” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara paylanılıb.

Slavyan Universitetində maarifləndirici tədbir keçirili..
Narkomanlığa qarşı Dövlət Proqramının icrasına dair 202..
Ucar rayonunda valideynlər üçün maarifləndirici tədbir ..
Ucar rayonunda narkomanlığa qarşı maarifləndirmə tədbir..
"Səyyar Gənclər Xidməti" Ucarda növbəti maarifləndirmə ..
Ucar rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çərçiv..
Ucarda şagirdlər arasında narkomanlığa qarşı maariflənd..
Ucar rayonunda narkomanlığa qarşı maarifləndirici aksiy..
Ucar rayonunda narkomanlığa qarşı mübarizəyə dair tədbi..
"Səyyar Gənclər Xidməti" Kürdəmirdə növbəti maarifləndi..
Kürdəmir rayonunda narkomanlığa qarşı mübarizəyə dair t..
“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində növbəti ..