Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Ucar rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində növbəti maarifləndirici təlim təşkil edilmişdir.
Belə ki, Ucar rayonu üzrə 10 kənd üzrə 400 gənc üçün “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşının iştiraki ilə keçirilən təlimdə gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış "Rəqəmsal mühitdə gizli narkotik riskləri", "Yeniyetmələr və gənclər üçün", "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı təbliğat materialları gənclərə təqdim edilmişdir

Slavyan Universitetində maarifləndirici tədbir keçirili..
Narkomanlığa qarşı Dövlət Proqramının icrasına dair 202..
Ucar rayonunda valideynlər üçün maarifləndirici tədbir ..
Ucar rayonunda narkomanlığa qarşı maarifləndirmə tədbir..
"Səyyar Gənclər Xidməti" Ucarda növbəti maarifləndirmə ..
Ucar rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çərçiv..
Ucarda şagirdlər arasında narkomanlığa qarşı maariflənd..
Ucar rayonunda narkomanlığa qarşı maarifləndirici aksiy..
Ucar rayonunda narkomanlığa qarşı mübarizəyə dair tədbi..
"Səyyar Gənclər Xidməti" Kürdəmirdə növbəti maarifləndi..
Kürdəmir rayonunda narkomanlığa qarşı mübarizəyə dair t..
“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində növbəti ..