26 iyun BMT-nin "Narkotiklərlə mübarizə günü" ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəki Heydar Əliyev Mərkəzində "Narkomaniiyaya qarşı mübarizə və sağlam gəncliyin formalaşdırılması" mövzusunda növbəti maarifləndirici tədbir təşkil olunmuşdur.
Tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri iştirak etmişlər.
Çıxışlar zamanı narkotik vasitələrdən istifadənin doğurduğu tibbi, sosial və hüquqi fəsadlar, narkomaniyanın insan sağlamlığına, ailə institutuna və cəmiyyətin mənəvi dəyərlərinə vurduğu zərərlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, mövcud qanunvericilik mexanizmləri, profilaktik tədbirlərin əhəmiyyəti və gənclərin sağlam həyat tərzinə təşviqi, onların asudə vaxtının səmərəli təşkili məsələləri diqqətə çatdırılıb. Tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış "Rəqəmsal mühitdə gizli narkotik riskləri", "Yeniyetmələr və gənclər üçün", "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı bukletlər iştirakçılara paylanılıb.

Qusar rayonunda maarifləndirici aksiya təşkil olunub...
“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində Şəkidə t..
“Azercell” abunəçilərinə narkotiklərin ziyanı barədə ma..
İctimai yerlərdə maarifləndirmə işlərinin əhatəsi geniş..
Qusar rayonunda 26 İyun - Narkotiklərlə Mübarizə Günü i..
Bölgələrdə narkomaniya ilə bağlı maarifləndirici aksiya..
Bayram Günündə "802 Qaynar Xətt" WhatsApp üzərindən vət..
26 İyun - Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar növb..
Novbəti maarifləndirici aksiya Xaçmaz rayonunda təşkil ..
26 İyun - Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Şəki..
Xaçmaz rayonunda məhkəmə qərarları əsasında müsadirə ol..
Xaçmaz rayonunda narkomanlığa qarşı maarifləndirmə tədb..