“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.2.3-cü yarımbəndinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə narkotik istifadəçisi kimi qeydiyyatda olub-olmaması barədə arayışların verilməsi prosesinin sadələşdirilməsi məqsədilə müvafiq xidmət “ASAN xidmət” tərəfindən həyata keçiriləcək.
Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Dəyişikliyə əsasən, Fərmanın 1-ci hissəsinin 5.24.4-cü yarımbəndindən sonra yeni 5.25-ci bənd əlavə edilib. Yeni müddəaya uyğun olaraq, şəxsin dövlət narkoloji tibb müəssisələrində qeydiyyatda olmasına dair arayışın verilməsi xidməti “ASAN xidmət” tərəfindən göstəriləcək.
Qeyd olunan dəyişiklik vətəndaşlara göstərilən xidmətlərin və müraciət prosedurlarının sadələşdirilməsinə və dövlət xidmətlərinin daha operativ şəkildə həyata keçirilməsinə ikman verir.

İsmayıllı rayonunda narkomaniyaya qarşı növbəti maarifl..
Narkoloji qeydiyyat barədə arayış ASAN xidmət tərəfində..
Mingəçevir Dövlət Universitetində narkomanlığa qarşı ma..
Gəncə Dövlət Universitetində narkomanlığa qarşı maarifl..
Gəncə şəhərində valideynlər üçün maarifləndirici tədbir..
Növbəti maarifləndirici aksiya Gəncədə təşkil olunub...
Bayram günlərində "802 Qaynar Xətt" WhatsApp üzərindən ..
Bölgələrdə narkomanlığa qarşı maarifləndirici aksiyalar..
Xızı rayonunda məhkəmə qərarları əsasında müsadirə olun..
Şabran rayonunda məhkəmə qərarları əsasında müsadirə ol..
Növbəti maarifləndirici aksiya Mingəçevirdə təşkil olun..
Mingəçevir şəhərində valideynlər üçün maarifləndirici t..