Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Mingəçevir Turizm Kollecində narkomanlığın fəsadlarına dair maarifləndirmə tədbiri təşkil olunub.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri və Mingəçevir Şəhər Narkoloji Dispanserinin nümayəndəsi çıxış edərək narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin fiziki və psixi sağlamlığa mənfi təsiri, narkotik asılılığın formalaşma mərhələləri, erkən profilaktikanın əhəmiyyəti, habelə narkomaniyaya qarşı mübarizədə dövlət siyasətinin əsas istiqamətləri və gənclərin bu sahədə məsuliyyəti barədə iştirakçılara ətraflı məlumat veriblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, həmçinin “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı maarifləndirici materiallar iştirakçılara təqdim olunub.

Bayram Günlərində "802 Qaynar Xətt" WhatsApp üzərindən ..
Nərimanov rayonunda məhkəmə qərarları əsasında müsadirə..
Məhkəmə qərarları əsasında müsadirə olunmuş az və xeyli..
Qaradağ rayonunda narkomaniyaya qarşı maarifləndirici a..
9 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil mək..
Qaradağ rayonunda valideynlər üçün maarifləndirici tədb..
Mingəçevir Turizm Kollecində narkomaniyaya qarşı maarif..
Narkomaniyaya qarşı növbəti maarifləndirici aksiya Ming..
Xətai rayonunda narkomaniyaya qarşı maarifləndirici aks..
Xətai rayonunda valideynlər üçün maarifləndirici tədbir..
Lənkəran şəhərində narkomaniyaya qarşı maarifləndirici ..
Lənkəran Tibb Kollecində narkomaniyaya qarşı maariflənd..