“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.17-ci bəndinə müvafiq olaraq, cari ilin 17 dekabr tarixində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Quba rayon icra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba Tibb Kollecində “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirmə xarakterli tədbir və "Psixoaktiv maddələrdən istifadənin risk amilləri" adlı treninq keçirilmişdir.
Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndələri mövzu ətrafında çıxış edərək, tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumatlar verilmişdir.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.17-ci bəndinə müvafiq olaraq, cari ilin 15 dekabr tarixində Dövlət Komissiyasının İşçi Qrupunun və Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilmişdir.
Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndələri mövzu ərafında çıxış edərək, tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumatlar verilmişdir.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “ zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
Сari ilin 11 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrinqanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 8095 cinayət faktı aşkarlanmışdır. Onlardan 3066-sı narkotik vasitələrin qanunsuz satışı, 4553-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 375-i qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 101-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 582 kq 702 qr narkotik vasitələrin və psixotrop maddələrin 3 ton 192 kq 532 qr-nı heroin, 1 ton 217 kq 743 qr-nı marixuana, 1 ton 317 kq 607 qr-nı tiryək, 73 kq 693 qr-nı həşiş, 90 qr-nı kokain, 580 kq 279 qr-nı psixotrop maddələr, 200 kq 758 qr-nı isə digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 22311 ədəd metadon və 46966 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülmüşdür.
Müvafiq dövr ərzində 810,469 hektar sahədən çəkisi 174 ton 970 kq olan 433716 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5725 nəfər cəlb edilmişdir. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 62 nəfəri xarici ölkə vətəndaşıdır. Onların 24-ü İran İslam Respublikası, 12-si Gürcüstan, 14-ü Rusiya, 7-si Türkiyə, 3-ü Ukrayna, 1-i Hindistan və 1-i isə Pakistan vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 856 kq 100,187 qr və 5004 ədəd müxtəlif növ narkotik vasitə, psixotrop maddə və 1580 ədəd güclü təsir edən maddə götürülmüşdür.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 320 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 3 ton 401 kr 205.326 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılmışdır.
2021-ci ilin yanvar-noyabr ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 6 ton 582 kq 702qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 190 milyon AZN (111 milyon ABŞ dolları) kimi qiymətləndirilir.
Cari ilin 19-20 may tarixlərində mövcud qanunvericiliyə uyğun olaraq, müsadirə edilmiş külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən 591 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı çıxarılan 1 ton 737 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddə, o cümlədən 21190 ədəd çətənə bitkisi aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma yolu ilə məhv edilmişdir.
2021-ci ilin 11 ayı ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 62587 nəfər istiqamətləndirilmişdir.
Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 3230 nəfərindən 2362-nün istifadəçi olması müəyyən edilmiş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
Cari ilin yanvar – noyabr ayları ərzində ərzində “802” qaynar xətt telefon zəng xidmətinə vətəndaş müraciətlərinin sayı artmış və qeyd olunan aylar üzrə 935 müraciət daxil olmuşdur ki, onların 186-ı narkotik vasitələrin qanunsuz dövriyyəsi, 274-ü narkotik asılılıqdan müalicə, 475-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 460 məktub ünvanlanmışdır.
Beləliklə, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədi ilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdar narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrəDövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

Dekabrın 14-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Naradaran qəsəbəsi 295 saylı tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilib.
Əvvəlcə şagirdlərin iştirakı ilə narkomaniyanın doğurduğu faciələrdən bəhs edən səhnəçik nümayiş olundu.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Sabunçu rayon Polis İdarəsinin, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin nümayəndələri iştirak edərək mövzu ətrafında çıxış ediblər.
Məruzəçilər tədbir iştirakçılarına narkotik vasitələrin insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri və asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmanın vacibliyi xüsusilə vurğulanıb və digər məsələlər barədə zəruri tövsiyələr verilib.
Tədbirdə şagirdlərin narkotik asılılıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı sualları cavablandırılıb.
Eyni zamanda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanılıb.
Carı ilin 14 dekabr tarixində Qaradağ rayonun 7 saylı Bakı Peşə Liseyində "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na müvafiq olaraq Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Qaradağ rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə, Qaradağ rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, Dövlət Komissiyasının İşçi Qrupunun, rayon polis şöbəsinin və prokurorluğun nümayəndələr də iştirak edərək mövzu ətrafında çıxış etmişlər.
Çıxışlarda narkomaniyanın doğurduğu faciələr və narkotiklərin insan orqaniziminə məhvedici təsirləri barədə ətraflı məlumatlar verilmiş, şagirdləri maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Bundan əlavə olaraq, şagirdlərin əl işində hazırlanmış narkotiklərin insan orqanizminə zərərlərini əks etdirən rəsm-sərgisinə baxış keçirilmişdir.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
Carı ilin 14 dekabr tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Yasamal Rayon İcra Hakimiyyətinin və 153 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Yasamal Rayon İca Hakimiyyətinin, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin məsul əməkdaşıları iştirak edərək mövzu ətrafında çıxış etmişlər.
Məruzəçilər tədbir iştirakçılarına narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib.
Həmçinin narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda iştirakçılara narkotiklərin insan orqanizminə məhvedici təsiri və törətdiyi sosial bəlalar, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılmasının qarşısının alınması barədə ətraflı məlumatlar verilmişdir. O cümlədən asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmanın vacibliyi xüsusilə vurğulanmışdır.
Həmçinin, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Eyni zamanda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanılıb.
Carı ilin 14 dekabr tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Xəzər Rayon İcra Hakimiyyətinin və Xəzər rayonu 123 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirin girişində narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film nümayiş olunmuşdur.
Tədbirdə, Xəzər Rayon İcra Hakimiyyəti Başçısının I müavini, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən, İşçi Qrupunun rəhbər müavini, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin məsul əməkdaşı, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin direktor müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşı, Bakı Şəhər üzrə Təhsil İdarəsinin, o cümlədən Xəzər rayon Polis İdarəsinin, Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidmətinin, Məhkəmə orqanının rəhbər işçiləri iştirak edərək mövzu ətrafında iştirak etmişlər.
Məruzəçilər tədbir iştirakçılarına narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib.
Həmçinin narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda iştirakçılara narkotiklərin insan orqanizminə məhvedici təsiri və törətdiyi sosial bəlalar, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılmasının qarşısının alınması barədə ətraflı məlumatlar verilmişdir. O cümlədən asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmanın vacibliyi xüsusilə vurğulandı.
Məruzələr ətrafında aparılan müzakirələr müəllim və şagirdlər tərəfindən maraqla qarşılanıb. Tədbirdə şagirdlərin narkomaniyaya qarşı mübarizə ilə bağlı sualları ekspertlər tərəfindən cavablanırılıb.
Eyni zamanda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanılıb.
Cari ilin 13 dekabr tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Suraxanı Gənclər evinin birgə təşkilatçılığı ilə “Gələcəyimizi birlikdə düşünək, narkotik vasitələrə yox deyək” mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilmişdir.
Tədbirdə Suraxanı rayon Polis İdarəsinin rəisi, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndələri mövzu ərafında çıxış edərək, gənclərə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumatlar verilmişdir.
Bundan əlavə, tədbirin ikinci hissəsində “Narkotik asılılıq və onun fəsadları” mövzusunda iştirakçılara təlim keçirilib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
Carı ilin 13 dekabr tarixində Xəzər rayon 117 və 121 saylı tam orta məktəblərində "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na müvafiq olaraq Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı şəhər üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirlərdə, Dövlət Komissiyasının İşçi Qrupunun, Bakı şəhər üzrə Təhsil İdarəsinin, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin o cümlədən Xəzər rayon İcra Hakimiyyətinin aparatının nümayəndəsi də iştirak edərək mövzu ətrafında çıxış etmişlər.
Çıxışlarda narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr və sair barədə ətraflı məlumatlar verilmiş, şagirdləri maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na müvafiq olaraq Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Nərimanov rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə carı ilin 09 dekabr tarixində Nərimanov rayon 34 saylı tam orta məktəbində maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini, Dövlət Komissiyasının İşçi Qrupunun, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin,Azərbaycan Milli Antidopinq Agentliyinin, Səhiyyə Nazirliyinin Bakı şəhər üzrə Narkoloji Mərkəzin nümayəndələri iştirak edərək mövzu ətrafında çıxış etmişlər.
Çıxışlarda narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr və sair barədə ətraflı məlumatlar verilmiş, şagirdləri maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça və zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.17-ci bəndinə müvafiq olaraq, cari ilin 09 dekabr tarixində Dövlət Komissiyasının İşçi Qrupunun vəBakı Avrasiya Universitetinin birgə təşkilatçılığı ilə “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilmişdir.
Tədbirdə Bakı Avrasiya Universitetinin prorektoru, Dövlət Komissiyasının üzvü və Milli QHT Forumunun prezidenti, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Azərbaycan Milli Antidopinq Agentliyinin və Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin nümayəndələri mövzu ərafında çıxış edərək, tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumatlar verilmişdir.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça və zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
Quba rayonunda narkomanlığa qarşı maarifləndirmə xarakt..
Sosial-İqtisadi Kollecdə “Narkomanlığa qarşı mübarizədə..
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..
Nardaran qəsəbəsində narkomaniyaya qarşı mübarizə ilə b..
Qaradağ rayonunda növbəti maarifləndirmə tədbiri təşkil..
Şagirdlər arasında növbəti maarifləndirmə tədbiri Yasa..
Xəzər rayonu 123 saylı tam orta məktəbdə maarifləndirmə..
Suraxanı Gənclər evində maarifləndirmə xarakterli tədbi..
Xəzər rayonunda maarifləndirmə tədbirləri davam etdiril..
34 saylı tam orta məktəbdə “Narkomaniyaya Yox Sağlam Hə..
Bakı Avrasiya Universitetində “Narkomanlığa qarşı mübar..