Qalereya

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində narkotik asılılıq probleminə dair təlim keçirildi

  Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Təhsil Nazirliyi Respublika Uşaq-Gənlər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Narkotik vasitələrdən istifadənin risk amilləri” mövzusunda interaktiv təlim keçirildi.

  Təlimdə narkotik asılılıq probleminin spesifik cəhətləri barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Respublika Uşaq-Gənlər İnkişaf Mərkəzinin “Sağlam həyat tərzi” dərnəklərinin rəhbərlərinə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında diskussiya aparılıb.

  ​Təlimin sonunda iştirakçılara Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən sertifikat və  metodik vəsaitlər təqdim olunub.

/img/gallery/100x100/2022_04_14_13_01_52_5ef9.jpg
  1. Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində narkotik ası..

  2. Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində narkotik ası..

  3. Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində narkotik ası..

2 Saylı Bakı Baza Tibb Kollecində narkomaniyaya qarşı mübarizəyə dair təlim keçirilib

   Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Miqrasiya Sahəsinin İnkişafı İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Narkotik vasitələr, zərərli vərdişlər və narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri” layihəsi çərçivəsində 2 Saylı Bakı Baza Tibb Kollecində təlim keçirilib.

  Təlimdə narkotik asılılıq probleminin spesifik cəhətləri barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirə aparılıb. Eyni zamanda, tədbir iştirakçıları zəruri təbliğat materialları ilə təmin olunublar.

/img/gallery/100x100/2022_04_14_10_31_54_b58f.JPG
  1. 2 Saylı Bakı Baza Tibb Kollecində narkomaniyaya qarşı m..

  2. 2 Saylı Bakı Baza Tibb Kollecində narkomaniyaya qarşı m..

  3. 2 Saylı Bakı Baza Tibb Kollecində narkomaniyaya qarşı m..

  4. 2 Saylı Bakı Baza Tibb Kollecində narkomaniyaya qarşı m..

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyində təlim keçirilib

    Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu ilə Gənclər Fondu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyində “Mən öz gələcəyimi seçirəm” adlı təlim keçirilib.

   Təlimdə könüllülərin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

 

/img/gallery/100x100/2022_04_14_09_05_06_311a.jpg
  1. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndə..

  2. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndə..

  3. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndə..

  4. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndə..

Azərbaycan Respublikasının Gənclər Fondu ilə Dövlət Komissiyasının İşçi Qrupu arasında tədbirlər planı imzalanıb

  Gənclər arasında anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi və 2022-ci il ərzində görüləcək işlərin sistemli şəkildə təşkili məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondu ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu arasında tədbirlər planı imzalanıb.

 Tədbirlər Planı çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun tabeliyində olan Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərinin mütəxəssis və əməkdaşlarının, könüllülərinin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə tədbirlərin, interaktiv təlimlərin, “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminarların keçirilməsi, narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədilə təlimçilərin hazırlanması, habelə maarifləndirmə funksiyasını yerinə yetirən Bakı Uşaq və Gənclər Teatrının səhnələşdirdiyi “Həyatla oyun” tamaşasının canlı ifada nümayişinin təşkil edilməsi planlaşdırılıb.

  Eyni zamanda, Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri maarifləndirici çap məhsullarının, metodik vəsaitlərin, sosial lövhələrin Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərinə təqdim olunması nəzərdə tutulur.

/img/gallery/100x100/2022_04_12_12_24_07_6150.jpg
  1. Azərbaycan Respublikasının Gənclər Fondu ilə Dövlət Kom..

Ağcabədi Pedaqoji Kollecində təlim keçirilmişdir

   Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Ağcabədi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağcabədi Pedaqojı Kollecində “Mən öz gələcəyimi seçirəm” mövzusunda interaktiv təlim keçirilib.

  Təlimdə narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib,iştirakçıları maraqlandıran suallar ətrafında diskussiya aparılıb. Eyni zamanda, tədbir iştirakçıları zəruri təbliğat materialları ilə təmin olunublar.

 

.

 

/img/gallery/100x100/2022_04_11_16_44_28_4ba2.JPG
  1. Ağcabədi Pedaqoji Kollecində təlim keçirilmişdir..

  2. Ağcabədi Pedaqoji Kollecində təlim keçirilmişdir..

  3. Ağcabədi Pedaqoji Kollecində təlim keçirilmişdir..

  4. Ağcabədi Pedaqoji Kollecində təlim keçirilmişdir..

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində tədbir keçirilib

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına müvafiq olaraq, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində maarifləndirmə xarakterli tədbir keçirilib

   Tədbirdə İşçi Qrupunun əməkdaşlarının hazırladığı xüsusi təqdimat əsasında tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri barədə zəruri məlumat verilib.

   Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb. Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılara təqdim olunub.

/img/gallery/100x100/2022_04_11_16_03_33_c429.jpg
  1. Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində tədbir..

  2. Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində tədbir..

  3. Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində tədbir..

  4. Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində tədbir..

  5. Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində tədbir..

Siyəzən rayonunda narkomaniyaya qarşı mübarizəyə dair növbəti tədbir keçirilib

  Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin iştiraki ilə “Narkotik vasitələr, zərərli vərdişlər və narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri” layihəsi çərçivəsində növbəti tədbir Siyəzən şəhər Mədəniyyət Evində keçirilmişdir.

  Tədbirdə  Milli Məclisin deputatı, Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov, Azərbaycanda gənc nəslin fiziki və mənəvi cəhətdən
sağlam inkişafı sahəsində dövlət rəhbərliyinin qayğısından bəhs etdi və mövzu ilə bağlı
parlamentdə qəbul edilən yeni qərarlar barədə geniş məlumat verdi eyni zamanda Dövlət Komissiyası İşçi Qrupu rəhbər müavini, Siyəzən Rayon Polis İdarəsinin rəis müavini və ictimaiyyət nümayəndələri iştirak edərək mövzu ətrafında çıxış ediblər.

  Məruzəçilər tərəfindən tədbir iştirakçılarına narkotik vasitələrin insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri və asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmanın vacibliyi xüsusilə vurğulanıb və digər məsələlər barədə zəruri tövsiyələr verilib.

  Tədbirdə narkotik asılılıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı sualları cavablandırılıb və fəal iştirakçılara sertifikatların təqdim edilib.

  Sonda  tədbir iştirakçılarına Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanan sertifikatlar,  zəruri təbliğat materialları, eyni zamanda psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, profilaktik tədbirlərə dair fəaliyyət planı və digər zəruri məlumatları özündə əks etdirən metodik tövsiyələrə dair kitabça təqdim edilmişdir.

/img/gallery/100x100/2022_04_11_14_37_16_624e.JPG
  1. Siyəzən rayonunda narkomaniyaya qarşı mübarizəyə dair n..

  2. Siyəzən rayonunda narkomaniyaya qarşı mübarizəyə dair n..

  3. Siyəzən rayonunda narkomaniyaya qarşı mübarizəyə dair n..

  4. Siyəzən rayonunda narkomaniyaya qarşı mübarizəyə dair n..

  5. Siyəzən rayonunda narkomaniyaya qarşı mübarizəyə dair n..

  6. Siyəzən rayonunda narkomaniyaya qarşı mübarizəyə dair n..

  7. Siyəzən rayonunda narkomaniyaya qarşı mübarizəyə dair n..

  8. Siyəzən rayonunda narkomaniyaya qarşı mübarizəyə dair n..

  9. Siyəzən rayonunda narkomaniyaya qarşı mübarizəyə dair n..

Saatlı rayonunda narkomanlığa qarşı maarifləndirmə xarakterli tədbir keçirilib

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və  narkomanlığa qarşı mübarizəyə  dair  2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.17-ci bəndinə müvafiq olaraq, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və  Saatlı rayon icra Hakimiyyətinin  birgə təşkilatçılığı ilə Saatlı Tibb  Kollecində “Narkotiklər  haqqında həqiqəti öyrənək”  mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilmişdir.

  Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndələri mövzu ətrafında çıxış edərək, tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumatlar verilmişdir.

  Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.

 

/img/gallery/100x100/2022_04_08_17_23_57_4e4f.jpg
  1. Saatlı rayonunda narkomanlığa qarşı maarifləndirmə xara..

  2. Saatlı rayonunda narkomanlığa qarşı maarifləndirmə xara..

  3. Saatlı rayonunda narkomanlığa qarşı maarifləndirmə xara..

  4. Saatlı rayonunda narkomanlığa qarşı maarifləndirmə xara..

“Narkotik vasitələrdən istifadənin risk amilləri” mövzusunda tədbir keçirilib

  Cari ilin 07 mart tarixində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Ağcabədi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağcabədi Pedaqojı Kollecində “Narkotik vasitələrdən istifadənin  risk  amilləri” mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilib.

 Tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşları tərəfindən təqdimat əsasında tələbələrə slaydlarla  narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumat verib.

 Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materiallarının iştirakçılar arasında paylanılması təşkil edilmişdir.

/img/gallery/100x100/2022_04_08_17_07_28_972e.JPG
  1. “Narkotik vasitələrdən istifadənin risk amilləri” mövzu..

  2. “Narkotik vasitələrdən istifadənin risk amilləri” mövzu..

  3. “Narkotik vasitələrdən istifadənin risk amilləri” mövzu..

  4. “Narkotik vasitələrdən istifadənin risk amilləri” mövzu..

  5. “Narkotik vasitələrdən istifadənin risk amilləri” mövzu..

  6. “Narkotik vasitələrdən istifadənin risk amilləri” mövzu..

  7. “Narkotik vasitələrdən istifadənin risk amilləri” mövzu..

Sabirabad Dövlət Sosial İqtisad Kollecində “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda tədbir keçirilib

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və  narkomanlığa qarşı mübarizəyə  dair  2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.17-ci bəndinə müvafiq olaraq, cari ilin 07 mart tarixində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Sabirabad rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı iləSabirabad Dövlət Sosial İqtisad Kollecində “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilib.

  Tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış təqdimat əsasında tələbələrə slaydlarla  narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumat verib.

   Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb. Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim olunub.

/img/gallery/100x100/2022_04_08_14_35_26_bac4.JPG
  1. Sabirabad Dövlət Sosial İqtisad Kollecində “Narkotiklər..

  2. Sabirabad Dövlət Sosial İqtisad Kollecində “Narkotiklər..

  3. Sabirabad Dövlət Sosial İqtisad Kollecində “Narkotiklər..

  4. Sabirabad Dövlət Sosial İqtisad Kollecində “Narkotiklər..

  5. Sabirabad Dövlət Sosial İqtisad Kollecində “Narkotiklər..

  6. Sabirabad Dövlət Sosial İqtisad Kollecində “Narkotiklər..

  7. Sabirabad Dövlət Sosial İqtisad Kollecində “Narkotiklər..

  8. Sabirabad Dövlət Sosial İqtisad Kollecində “Narkotiklər..

20 nömrəli məktəb-liseydə “Həyatla oyun” tamaşası nümayiş olunub.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına müvafiq olaraq, cari ilin 04 aprel tarixində 20 nömrəli məktəb-liseydə Bakı Uşaq və Gənclər Teatrının real hadisələr əsasında səhnələşdirdiyi “Həyatla oyun” maarifləndirici teatr tamaşası canlı ifada nümayiş olunub.

  Tamaşa bəşəriyyətin ən böyük problemlərindən olan narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə və QİÇS-ə qarşı mübarizəyə həsr edilib.

  Bakı Uşaq və Gənclər Teatrının aktyorlarının ifasında canlandırılan tamaşada narkotik vasitə istifadəçilərinin həyat tərzi əks olunub. Ssenaridə əsasən kiçik yaşlarında övladlarının təlim-tərbiyəsinə laqeyd qalan valideynlər və uşaqların zərərli vərdişlərə qarşı maarifləndirilməməsi qabardılıb.

  Tamaşa şagirdlərin marağına səbəb olub və alqışlarla qarşılanıb.

  Qeyd edək ki, tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev, Gənclərin İnkişaf və Kariyera Mərkəzinin baş direktoru Ramtiq Əlizadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun müdiri Fuad Babayev,aidiyyəti dövlət orqanlarının nümayəndələri, tanınmış bloqer Nail Kəmərli, 3 saylı Bakı “ASAN xidmət” Mərkəzinin könüllüləri və digər qonaqlar iştirak edib.

  Onu da qeyd edək ki, “Həyatla oyun” tamaşası paytaxtdakı digər ümumi təhsil müəssisələrində də davamlı nümayiş olunur.

/img/gallery/100x100/2022_04_06_11_10_00_a8ba.JPG
  1. 20 nömrəli məktəb-liseydə “Həyatla oyun” tamaşası nümay..

  2. 20 nömrəli məktəb-liseydə “Həyatla oyun” tamaşası nümay..

  3. 20 nömrəli məktəb-liseydə “Həyatla oyun” tamaşası nümay..

  4. 20 nömrəli məktəb-liseydə “Həyatla oyun” tamaşası nümay..

  5. 20 nömrəli məktəb-liseydə “Həyatla oyun” tamaşası nümay..

  6. 20 nömrəli məktəb-liseydə “Həyatla oyun” tamaşası nümay..

  7. 20 nömrəli məktəb-liseydə “Həyatla oyun” tamaşası nümay..

3 saylı Bakı “ASAN xidmət” Mərkəzində təlim keçirilib

   Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və 3 saylı Bakı “ASAN xidmət” Mərkəzinin birgə təşkilatçılığı ilə ASAN könüllüləri arasında “Mən öz gələcəyimi seçirəm” adlı təlim keçirilib.

   Təlimdə könüllülərinin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib,iştirakçıları maraqlandıran suallar ətrafında diskussiya aparılıb. Eyni zamanda, tədbir iştirakçıları zəruri təbliğat materialları ilə təmin olunublar.

/img/gallery/100x100/2022_04_04_10_19_51_dc91.jpg
  1. 3 saylı Bakı “ASAN xidmət” Mərkəzində təlim keçirilib..

  2. 3 saylı Bakı “ASAN xidmət” Mərkəzində təlim keçirilib..

  3. 3 saylı Bakı “ASAN xidmət” Mərkəzində təlim keçirilib..

  4. 3 saylı Bakı “ASAN xidmət” Mərkəzində təlim keçirilib..

  5. 3 saylı Bakı “ASAN xidmət” Mərkəzində təlim keçirilib..