
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.17-ci bəndinə müvafiq olaraq,Azərbaycan Dillər Universitetində (ADU) “Biz sağlam gələcəyi seçirik ” mövzusunda maarifləndirmə xarakterli görüş keçirilib.
Tədbirdə Azərbaycan Dillər Universitetinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin nümayəndələri çıxış edərək, tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə ətraflı zəruri məlumatlar vermişdir.
Sonda müvafiq mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.
Cari ilin 11 may tarixində 39 saylı tam orta məktəbdə “Biz sağlam düşüncəyə sahibik” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, məktəbin təlim tərbiyyə üzrə müavini, sinif rəhbərləri və yuxarı sinif şagirdləri iştirak etmişdir.
Şagirdlərə narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin asudə vaxtın səmərəli təşkil olunması barədə ətraflı məlumatlar verilmişdir.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilmişdir.
Anti-narkotik təbliğatın daha da gücləndirilməsi və genişləndirilməsi üçün təhsil müəssisələrində maarifləndirmə işinin təşkili məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşəbbüsü ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə 2023- 2024-cü ilə dair birgə Tədbirlər Planı imzalanmışdır.
Tədbirlər Planı çərçivəsində məktəb psixoloqları üçün təlimlərin, ümumitəhsil məktəblərinin uşaq birliyi rəhbərləri, valideyn komitəsi sədrləri, məktəb-valideyn icmasının üzvləri, müəllimləri üçün seminar-məşğələlərin, şagirdlərin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə profilaktik tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Eyni zamanda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri maarifləndirici çap məhsullarının, metodik vəsaitlərin, sosial lövhələrin təhsil müəssisələrinə təqdim olunması və şagirdlər arasında paylanılması nəzərdə tutulur.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Sabunçu rayonu Elşən Məhərrəmov adına 137 nömrəli tam orta məktəbdə antinarkotik təbliğat istiqamətində"Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə məlumatlandırma xarakterli görüş keçirildi.
Tədbir çərçivəsində narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə geniş məlumat verilib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 26 aprel tarixində “Bakı Neft Maşınqayırma zavodu ”MMC-nin inzibati ərazisində məhkəmələrin qərarları ilə müsadirə olunmuş 4 ton 646 kq kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının məhv edilməsi prosesi həyata keçirilib.
Narkotiklərin məhv olunması prosesində Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyasına üzv olan Baş Prokurorluğun, Ali Məhkəmənin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin və Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndələri iştirak ediblər.
Ümumilikdə 1964 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 2 ton 568 kq 614,733 qr heroin, 1 ton 404 kq 411,584 qr marixuana, 228 kq 669,39 qr tiryək, 71 kq 818,847 qr həşiş, 519,114 qr kokain və 75802 ədəd həb metadon, 372 kq 265,438 qr və 5142 ədəd psixotrop maddə, o cümlədən 39031 ədəd çətənə bitkisi aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dovriyyəsinə Qarşı Mübarizə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu Nərimanov rayon İcra Hakimiyyəti ilə birgə 34 saylı tam orta məktəbdə “Sağlam gələcəyimiz naminə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyasının sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Dillər Universitetinin psixologiya kafedirasının və rayon Polis şöbəsinin məsul əməkdaşları iştirak etmişdir.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış təqdimat əsasında narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin asudə vaxtın səmərəli təşkil olunması barədə ətraflı məlumatlar verilmişdir.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dovriyyəsinə Qarşı Mübarizə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Sabunçu rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi "Narkotikə yox de” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə rayon polis şöbəsinin rəis müavini, İcra Hakimiyyətinin şöbə müdiri, Dövlət Komissiyasının İşçi Qrupunun və Respublika Narkoloji Mərkəzin məsul əməkdaşları iştirak etmişdir.
Tədbirdə iştirak edənlər çıxış edərək narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin asudə vaxtın səmərəli təşkil olunması barədə ətraflı məlumatlar vermişdir.
Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.
Cari ilin 14 aprel tarixində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Sən daha güclüsən"- narkotik vasitələrə və onlardan istifadəyə qarşı məlumatlandırma təlim proqramının təşkil edilib.
Açılış mərasimində gənclər və idman nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini, eyni zamanda Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Dövlət Komissiyasının İşçi Qrupunun və Respublika Narkoloji Mərkəzin əməkdaşları iştirak ediblər. Layihə çərçivəsində keçirilən təlimdə layihənin önəmi və davamlılığı istiqamətində fikir mübadiləsi aparılıb. Təlim sessiyasında ekspertlər iştirakçıların suallarını cavablandırıb və onlarla praktiki təcrübələrini bölüşüblər.
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü il üçün İş planı ![]()
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dovriyyəsinə Qarşı Mübarizə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 257 saylı tam orta məktəbdə "Narkomaniya ilə mübarizə hər birimizin sağlam gələcəyidir” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin şöbə müdiri və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı iştirak etmişdir.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış təqdimat əsasında narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin asudə vaxtın səmərəli təşkil olunması barədə ətraflı məlumatlar verilmişdir.
Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.9-cu bəndinə müvafiq olaraq, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə penitensiar müəssisələrin əməkdaşları üçün təlim keçirilmişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Respublika Narkoloji Mərkəzinin məsul əməkdaşları çıxış edərək, narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə, eyni zamanda, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumatlar verilmiş və bəzi suallara aydınlıq gətirilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dovriyyəsinə Qarşı Mübarizə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu Masallı rayon İcra Hakimiyyəti ilə birgə Dəfinə məktəb-liseyində “ Narkotiklərə yox – sağlam həyat ” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı iştirak etmişdir.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış təqdimat əsasında narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin asudə vaxtın səmərəli təşkil olunması barədə ətraflı məlumatlar verilmişdir.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilmişdir.
ADU-da antinarkotik təbliğat istiqamətində tədbir keçir..
Nərimanov rayonunda maarifləndirici tədbir keçirimişdir..
Ümumitəhsil məktəblərində anti-narkotik təbliğat işinin..
"Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə ma..
Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 4 ton 646 k..
Nərimanov rayonunda maarifləndirici tədbir keçirimişdir..
Sabunçu rayonunda maarifləndirici tədbir təşkil olunub...
"Sən daha güclüsən" narkotik vasitələrə və onlardan ist..
2023-cü il üzrə iş planı..
Xətai rayonunda maarifləndirici tədbir təşkil olunub...
Penitensiar xidmətin Baş idarəsində antinarkotik təbliğ..
Masallı rayonunda maarifləndirmə tədbirləri davam etdir..