
Abşeron rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu və “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi ilə birlikdə “Narkotik: yeni çağırış və təhlükələr!”mövzusunda Abşeron rayon Təhsil sektorunun akt zalında tədbir keçirilib.
Tədbirdə,Abşeron Rayon İcra Hakimiyyəti Başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının sədri, “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı,Ağsaqqallar Şurasının sədri, rayon polis şöbəsinin əməkdaşları, həkim narkoluq, digər aidiyyəti qurumların və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Mövzu ətrafında çıxış edən nümayəndələr narkomaniyanın insan sağlamlığına və cəmiyyətin mənəvi dəyərlərinə vurduğu zərərlərin, profilaktik tədbirlərin əhəmiyyəti, yeniyetmə və gənclərin sağlam həyat tərzinə təşviqi və onların asudə vaxtının səmərəli təşkili məsələlərinə xüsusi diqqətin ayırılması barədə ətraflı məlumat veriblər. Tədbir iştirakçılarının sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Salyan, Neftçala, Biləsuivar, Masallı və Cəlilabad rayon komissiyasıyaları tərəfindən barəsində məhvetmə qərarı qəbul edilmiş ümumilikdə 135 məhkəmə hökmü üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.
Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.
2025-ci ilin yanvar-iyun ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.
Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 4675 cinayət faktı aşkarlanmışdır. Onlardan 1484-ü narkotik vasitələrin qanunsuz satışı, 3092-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 97-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 290 kq 046,798 qram narkotik vasitələrin və psixotrop maddələrin 3 ton 702 kq 002,105 qramını marixuana, 226 kq 593,65 qramını heroin, 87kq 643,147 qramını tiryək, 42kq 920,438 qramını həşiş, 134 kq 254,227 qramını digər narkotik vasitələr və 96 kq 633,231 qramını psixotrop maddələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 5183 ədəd metadon, 12222 ədəd çətənə bitkisi, eləcə də 588,2 qram, 95 həb,39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülmüşdür.
Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 570 hektar sahədən yaş kütləsi 152 ton 391 kq olan 2 269 742 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.
Qanunsuz dövriyyədən çıxarılmış 4 ton 290 kq 046,798 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 109 milyon 706 min 109 AZN kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2838 nəfər cəlb edilmişdir. Həmin şəxslərdən 2745-i kişi, 93-ü qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş 52 nəfər xarici ölkə vətəndaşından ümumilikdə 722 kq 214,275 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 198,217 qr çətənə kolu götürülmüşdür.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 120 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 627 kq 670,598 qr və 5183 həb metadon narkotik vasitə və psixotrop maddə, 13 194 ədəd həb güclü təsir edən maddə çıxarılmışdır.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 140 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 289 kq 131,353 qr nakotik vasitə, psixotrop maddə maddə müsadirə edilmişdir.
1308 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 973 kq 750,99 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.
Təhlil göstərir ki, 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 1000, qanunsuz satış ilə bağlı faktların sayı 250, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 730, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiya edilməsi faktlarının sayı 19, bu kateqoriyadan olan digər cinayət faktlarının sayı 1, qaçaqmalçılıqla bağlı faktların sayı 3, qrup halında olan cinayətlərin sayı 29 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 1043 nəfər azalmışdır. Qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 567 kq 404,073 qr artmışdır.
2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 204 kq 760,745 qr (47,5%), tiryəkin çəkisi 6 kq 453,287 qr (6,9%), psixotrop maddələrin çəkisi 34 kq 731,972 qr (26,4%) azalmışdır.
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 3 ton 702 kq 002,105 qr-n (86,2 %) marixuana təşkil etmişdir. Onun da 3 ton 369 kq 006,83 qramı (91,0%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 332 kq 995,275 qramı (8,9 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, həyətyani sahələrdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir.
Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2025-ci ilin 28 yanvar tarixində qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 24 qərar əsasında barəsində məhvetmə qərarı qəbul edilmiş 5 ton 168 kq 332,011 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr və 29-30 may 2025-ci il tarixlərdə isə 2397 məhkəmə hökmü üzrə 5 ton 094 kq 323,346 qr müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorları, həmçinin 8644 ədəd çətənə bitkisi məhv edilmişdir.
Eyni zamanda hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı 31 rayon və şəhərdə 1301 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 33 kq 357,505 qr və 21 həb müxtəlif narkotik vasitələr, psixotrop maddələr, 4 kapsul güclü təsir edən maddə və 248 ədəd çətənə bitkisinin məhv olunması təmin edilmişdir.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 46420 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2531 nəfərdən 1459 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 307, QİÇS-lə Mübarizə Mərkəzində 343, Sumqayıt Narkoloji Mərkəzində 136 nəfər) 786 xəstə müalicə alır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2025-ci ilin iyun ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 29 (4,5%) nəfəri inyekson narkotik istifadəçiləri olmuşdur.
2025 ilin yanvar-iyun ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 451 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 46-sı narkotik vasitələrin qanunsuz dövriyyəsi, 38-i narkotik asılılıqdan müalicə, 367-si isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 84 məktub ünvanlanmışdır.
802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu
Azərbaycan Respublikası Audiovizual Şurası ilə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə əməkdaşlığı çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması üçün vətəndaşların bu sahədə fəallığının artırılması məqsədilə 2025-ci ilin iyul ayından etibarən ölkə üzrə radio kanallarında "802 Qaynar xətt" xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış sosial rolikin yayımına başlanılıb.
Maarifləndirici videoçarxın radio kanallarında uzunmüddətli yayımlanması nəzərdə tutulur.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Abşeron rayon komissiyası tərəfindən barəsində məhvetmə qərarı qəbul edilmiş ümumilikdə 200 məhkəmə hökmü üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.
Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.
“26 iyun – Birləşmiş Millətlər Təşkilatının Narkotik vasitələrin sui‑istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar Abşeron Olimpiya İdman Kompleksində maarifləndirici tədbir təşkil olunub. Tədbir Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Rayon İcra Hakimiyyəti başçısının müavini, Abşeron RİH yanında “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə” rayon komissiyasının sədri Gülnar Rəhimova narkomaniya ilə mübarizə sahəsində keçirilən tədbirlərdə çıxış edərək, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təblığatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası istiqamətində yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti inistutları ilə əməkdaşlığın gücləndirilməsi və digər geniş miqyaslı məsələlərdən ibarət olduğunu iştirakçıların diqqətinə çatdırıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı dövlət səviyyəsində aparılan mübarizə tədbirlərindən, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədilə qəbul edilən Qanun və Dövlət Proqramlarının uğurla həyata keçirilməsindən, o cümlədən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının fəaliyyətindən danışıb.
Daha sonra Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, Abşeron Rayon Polis İdarəsinin, Abşeron Rayon Mərkəzi Xəstəxanasının, mədəniyyət, idman və təhsil sektorlarının məsul şəxsləri, eləcə də QHT sədrləri və dini icma rəhbərləri çıxış edərək cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə mənfi təsir göstərən, insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan bu amilin Abşeron rayonunda qarşısının alınması istiqamətində müvafiq tədbirlərin aparıldığını qeyd ediblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.
Qeyd edək ki, Abşeron RİH-nin və Abşeron - Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə müxtəlif idman növləri üzrə yarışlarda keçirilib. Yarışların keçirilməsində məqsəd kiçik və yeniyetmə idmançılar arasında sağlam həyat tərzinin təbliğ olunması, onlarla narkomaniyaya qarşı mübarizə istiqamətində maarifləndirmə məqsədi daşıyıb. Qaliblər Abşeron - Xızı Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif ediliblər.
26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və onların qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü olə əlaqədar ölkəmizdə bir sıra maarifləndirici tədbirlər həyata keçirilir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşəbbüsü ilə hazırlanan sosial çarxlar Azərbaycan Dövlət Reklam Agentliyi vasitəsilə paytaxt Bakı ilə yanaşı, Sumqayıt və Gəncə şəhərlərinin küçə və prospektlərində yerləşdirilmiş elektron lövhələrdə yayımlanır.
“Narkotiklərdən istifadə beyində silinməz izlər buraxır” və “802 – qaynar xətt” adlı videoçarxların nümayişi narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı sosial maarifləndirmə işinin gücləndirilməsi məqsədini daşıyır.
Qeyd edək ki, bu sosial çarxların uzunmüddətli yayımlanması nəzərdə tutulur.
“26 iyun – Birləşmiş Millətlər Təşkilatının Narkotik vasitələrin sui‑istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar Sumqayıt Dövlət Dram Teatrında geniş maarifləndirici tədbir təşkil olunub.
Tədbir Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbir çərçivəsində narkomaniyanın fəsadlarına həsr olunmuş rəsm sərgisinə baxış keçirilib.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları, Səhiyyə Nazirliyinin Sumqayıt Narkoloji Dispanserinin baş həkimi, Abşeron Regional Təhsil İdarəsinin nümayəndəsi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı narkotik vasitələrdən istifadənin tibbi, sosial və hüquqi fəsadları, narkomaniyanın insan sağlamlığına və cəmiyyətin mənəvi dəyərlərinə vurduğu zərərlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, mövcud qanunvericilik mexanizmləri, profilaktik tədbirlərin əhəmiyyəti, gənclərin sağlam həyat tərzinə təşviqi və onların asudə vaxtının səmərəli təşkili məsələləri vurğulanıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən vətəndaş məmnunluğunu təmin etmək məqsədilə 26–29 iyun tarixlərində bayram günləri ərzində də "802 Qaynar Xətt" fəaliyyətini davam etdirəcək.
Vətəndaşlar rəsmi WhatsApp nömrəsi (055) 600 08 02 vasitəsilə sorğularını göndərə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı suallarına cavab və yönləndirici məlumat əldə edə bilərlər.
26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə təşkil edilən silsilə tədbirlər çərçivəsində, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu aidiyyəti qurumla birgə, cari ilin 25, 26 və 27 iyun tarixlərində "Azərfon" (Nar) abunəçilərinə narkotiklərin fəsadları barədə SMS-bildirişlərin göndərilməsinə başlayıb.
Göndərilən SMS-lərdə abunəçilərə belə çağırış edilib: “DK İşçi Qrupu: Narkotiklərin fəsadları barədə məlumatlı olaq və birlikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xətt: 802”
Maarifləndirici mesajların mərhələli şəkildə 3 gün ərzində ümumilikdə 2 milyon 100 minə yaxın abunəçiyə göndərilməsi nəzərdə tutulur.
26 İyun – Birləşmiş Millətlər Təşkilatının Narkotiklərlə Mübarizə Günü münasibətilə 2025-ci il 24 iyun tarixində Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirici tədbir təşkil olunub. Tədbir, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Bakı şəhər Gənclər və İdman İdarəsinin Sabunçu rayonu üzrə Gənclər və İdman sektorunun müdiri, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Bakı Gənclər Mərkəzinin direktoru, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, eləcə də müəssisənin pedaqoji heyəti və tələbələri iştirak ediblər.
Çıxışlar zamanı narkotik vasitələrdən istifadənin doğurduğu tibbi, sosial və hüquqi fəsadlar, narkomaniyanın insan sağlamlığına, ailə institutuna və cəmiyyətin mənəvi dəyərlərinə vurduğu zərərlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, mövcud qanunvericilik mexanizmləri, profilaktik tədbirlərin əhəmiyyəti və gənclərin sağlam həyat tərzinə təşviqi, onların asudə vaxtının səmərəli təşkili məsələləri diqqətə çatdırılıb. Tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Abşeron rayonunda tədbir keçirilmişdir...
Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..
İctimai maarifləndirmə tədbirlərinin əhatəsi genişləndi..
Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..
Abşeron Olimpiya İdman Kompleksində narkomaniyaya qarşı..
Bakı, Sumqayıt və Gəncədə narkomaniyaya qarşı sosial ça..
Sumqayıt Dövlət Dram Teatrında narkomaniyaya qarşı maar..
Bayram Günlərində "802 Qaynar Xətt" WhatsApp üzərindən ..
"Azərfon" abunəçilərinə maarifləndirmə xarakterli SMS-b..
Sabunçu rayonunda 26 İyun – Narkotiklərlə Mübarizə Günü..
2025-ci il üzrə statistik məlumat..