
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.15-ci yarımbəndinə uyğun olaraq tələbələr arasında antinarkotik təbliğatı işinin əhatəsinin genişləndirilməsi məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və ADPU-nin nəznində Azərbaycan Pedaqoji Kolleci birgə təşkilatçılığı ilə “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə, Azərbaycan Pedaqoji Kolleci direktor müavini, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, Bakı şəhəri üzrə Narkoloji Mərkəzin həkim-narkoloqu və müəllim heyəti iştirak ediblər.
Çıxışlarda narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri və gənclərin asudə vaxtlarının faydalı təşkili barədə ətraflı məlumat verilib. Tələbələrin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Sonda Dövlət Komissiyasının Daimi Fəaliyyət Göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar isə iştirakçılara təqdim olunub.
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.14-cü yarımbəndinə uyğun olaraq narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Balakən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Balakən Rayon İcra Hakimiyətinin birinci müavini, rayon Komissiyasının sədri, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, Balakən Rayon Təhsil sektorunun müdiri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala Regional bölməsinin nümayəndəsi, rayon polis şöbəsinin və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Çıxışda narkomanlığa qarşı mübarizə üsulları barədə təqdimat formatında interaktiv təlim təşkil olunmuş, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı sosial və tibbi problemlər, onların törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, həmçinin mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri barədə ətraflı məlumat verilmişdir. Narkotik maddələrin xüsusiyyətləri, insan orqanizminə və psixoloji sağlamlığa zərərli təsirləri izah edilmişdir.
Gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşdırılması və zərərli vərdişlərdən uzaq olmanın vacibliyi ilə bağlı tövsiyələr səsləndirilib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara təqdim olunub.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Balakən rayon komissiyası tərəfindən barəsində məhvetmə qərarı qəbul edilmiş ümumilikdə 44 məhkəmə hökmü üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.
Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.
“Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində növbəti təlimlər baş tutmuşdur. Belə ki, Balakən rayonunda məktəblilərin iştirakı ilə “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşının təqdimatı ilə keçirilən təlimdə gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara təqdim olunub.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Yasamal rayon komissiyası tərəfindən barəsində məhvetmə qərarı qəbul edilmiş ümumilikdə 179 məhkəmə hökmü üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.
Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.
“Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində növbəti təlimlər Zaqatala rayonunda təşkil olunub. Tədbirlərdə məktəblilərin fəal iştirakı təmin edilib.
Təlim sessiyalarında iştirakçılar “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında geniş məlumatlandırılıblar.
Gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə keçirilən görüşlərdə gənclərə narkotik asılılığının təhlükələri barədə ətraflı məlumat verilib. İştirakçılara narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın əhəmiyyəti və mövcud mübarizə üsulları haqqında məlumat çatdırılıb. Təlimlər zamanı iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici çap materialları iştirakçılara təqdim edilib.
“Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində növbəti təlimlər baş tutmuşdur. Belə ki, Zaqatala rayonunda məktəblilərin iştirakı ilə “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşının təqdimatı ilə keçirilən təlimlərdə gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.6-cı yarımbəndinə uyğun olaraq Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Zaqatala Rayon İcra Hakimiyətinin birinci müavini, Komissiyanın sədri, Universitetin direktoru, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, rayon polis şöbəsinin və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Çıxışlarda narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri vəgənclərin asudə vaxtlarının faydalı təşkili barədə ətraflı məlumat verilib. Tələbələrin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara təqdim olunub.
Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Zaqatala rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maarifləndirici təlim təşkil edilmişdir.
Tədbirin rəsmi açılış hissəsində Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının direktoru, “Gənc Könüllülər” İctimai Birliyinin sədri, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndəsi və digər dövlət qurumlarının nümayəndələri iştirak etmişlər.
Təlim zamanı gənclərin narkotik asılılığı probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili, “802” qaynar xəttin fəaliyyət istiqamətləri və digər məsələlər barədə ətraflı məlumat verilmiş, gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.
Bununla yanaşı, ucqar kənd gəncləri üçün “Dövlətçilik və vətəndaşlıq”, “Rəqəmsalbacarıqların artırılması”, “Təhsil və karyera”, “Sağlam həyat tərzi” mövzularında təlimsessiyaları, robototexnika və incəsənət sahələrində master-klaslar təşkil olunmuş, həmçinin rəqəmsal alətlərdən istifadəyə dair peşəkar şəxslərlə görüşlər keçirilmişdir.
25 sentyabr 2025-ci il, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin səsi: Narkotiklərə Yox!” adlı genişmiqyaslı maarifləndirici tədbir keçirilib.
Bakues.az xəbər verir ki, tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, narkotik vasitələrin zərərləri barədə maarifləndirmə işlərinin gücləndirilməsi və ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək olub.
Proqram çərçivəsində əvvəlcə “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyin baş katibi Aysel Tahirova açılış nitqi ilə çıxış edərək gənclərin narkomaniyaya qarşı mübarizədə fəal rolunun vacibliyini vurğulayıb. Daha sonra təşkilatın təşəbbüsü ilə hazırlanmış sosial çarx nümayiş olunub. Tədbir panel müzakirə və təlim formatında davam edib.
Paneldə Milli Məclisin deputatları Vüqar İskəndərov və Samir Vəliyev, Təhsil İnstitutunun direktor müavini İlham Cavadov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Rafiq Mahmudov, Dövlət Gömrük Komitəsinin şöbə rəisi Elmir Şirinov, Ədliyyə Nazirliyinin Bioloji ekspertizalar şöbəsinin rəisi Səbinə Qədirova, Gənclər və İdman Nazirliyinin aparıcı məsləhətçisi Zeynəddin Azaqov və Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli gənclərin narkomaniyadan qorunması istiqamətində görülən işlər və gələcək perspektivlər barədə çıxış ediblər.
Təlimdə isə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndəsi Şahin İsmayılov çıxış edərək ölkədə narkotik vasitələrlə bağlı aparılan mübarizə tədbirlərindən, profilaktik işlərdən və gənclərin zərərli vərdişlərdən qorunması istiqamətində dövlət qurumlarının həyata keçirdiyi maarifləndirmə layihələrindən danışdı. O, narkomaniya ilə mübarizədə maarifləndirmənin və ictimai həmrəyliyin xüsusi rolunu vurğuladı.
Təlim çərçivəsində auditoriyaya həyat hekayəsi ilə ilham verən qonaq təqdim olundu.
Tanınmış boksçu Cavid Tağıyev 14 il davam edən narkotik asılılığı ilə mübarizəsindən və bu çətin sınaqdan çıxaraq yaratdığı reabilitasiya mərkəzi vasitəsilə başqalarına dəstək olmaq yolundan bəhs etdi. Onun şəxsi təcrübəsi tədbir iştirakçıları üçün həm güc, həm də ümid nümunəsi kimi dəyərləndirildi.
Daha sonra psixoloq, “Ahəng” Psixoloji İnkişaf və Dəstək İctimai Birliyinin sədri Vüsalə Əmiraslanova mövzuya fərqli aspektdən yanaşaraq psixoloji dəstəyin əhəmiyyətindən, ailə institutunun gücləndirilməsinin vacibliyindən və cəmiyyətin birgə məsuliyyət daşımasının önəmindən danışdı. Onun sözlərinə görə, asılılıqdan qorunma və müalicə prosesində ailə və cəmiyyətin fəal iştirakı həlledici rol oynayır.
Tədbirin sonunda “Qeyd-Sosial Maarifləndirmə” İB sədri Tural Nurməmmədov “Gənclərin səsi: Narkotiklərə Yox!” layihəsi çərçivəsində təşkil olunan rəsm sərgisində və sosial çarxda fəallıq göstərən gənclərə Təşəkkürnamələr təqdim edib.
Layihə çərçivəsində görülən işlər gələcəkdə daha genişmiqyaslı maarifləndirici kampaniyaların aparılmasına zəmin yaradacaq.
“Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində növbəti təlimlər Qax rayonunda təşkil olunub. Tədbirlərdə məktəblilərin fəal iştirakı təmin edilib.
Təlim sessiyalarında iştirakçılar “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında geniş məlumatlandırılıblar.
Gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə keçirilən görüşlərdə gənclərə narkotik asılılığının təhlükələri barədə ətraflı məlumat verilib. İştirakçılara narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın əhəmiyyəti və mövcud mübarizə üsulları haqqında məlumat çatdırılıb.
Təlimlər zamanı iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.22.-ci yarımbəndinə uyğun olaraq antinarkotik təbliğatı və təşviqatı işlərinin gücləndirilməsi məqsədilə yeni üslubda maarifləndirici əyani vəsaitlər hazırlanmışdır.
2025-ci il ərzində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən təşkil olunacaq maarifləndirmə və ictimai tədbirlərdə yeni üslubda hazırlanmış “Psixotroplar maddələr haqqında həqiqət”, “Marixuana Haqqında Həqiqət” və “Narkotiklər Haqqında Həqiqəti Bilin” adlı çap məhsullarının paylanılması nəzərdə tutulur.
Azərbaycan Pedaqoji Kollecində maarifləndirici tədbir k..
Balakən rayonunda maarifləndirici tədbir təşkil olunub...
Balakən rayonunda məhkəmə qərarları əsasında müsadirə o..
“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maariflə..
Yasamal rayonunda məhkəmə qərarları əsasında müsadirə o..
Səyyar Gənclər Xidmətinin Zaqatala rayonunda təlimləri ..
“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maariflə..
Zaqatala rayonunda maarifləndirici tədbir təşkil olunub..
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Zaqatala..
“Gənclərin səsi: Narkotiklərə Yox!” adlı maarifləndiric..
Qax rayonunda Səyyar Gənclər Xidmətinin təlimləri davam..
Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə ye..