Qalereya

Bakı, Sumqayıt və Gəncədə narkomaniyaya qarşı sosial çarxlar nümayiş olunur

26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və onların qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü olə əlaqədar ölkəmizdə bir sıra maarifləndirici tədbirlər həyata keçirilir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşəbbüsü ilə hazırlanan sosial çarxlar Azərbaycan Dövlət Reklam Agentliyi vasitəsilə paytaxt Bakı ilə yanaşı, Sumqayıt və Gəncə şəhərlərinin küçə və prospektlərində yerləşdirilmiş elektron lövhələrdə yayımlanır.

“Narkotiklərdən istifadə beyində silinməz izlər buraxır” və “802 – qaynar xətt” adlı videoçarxların nümayişi narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı sosial maarifləndirmə işinin gücləndirilməsi məqsədini daşıyır.

Qeyd edək ki, bu sosial çarxların uzunmüddətli yayımlanması nəzərdə tutulur.

/img/gallery/100x100/2025_06_30_13_15_22_c133.jpg
  1. Bakı, Sumqayıt və Gəncədə narkomaniyaya qarşı sosial ça..

  2. Bakı, Sumqayıt və Gəncədə narkomaniyaya qarşı sosial ça..

  3. Bakı, Sumqayıt və Gəncədə narkomaniyaya qarşı sosial ça..

  4. Bakı, Sumqayıt və Gəncədə narkomaniyaya qarşı sosial ça..

  5. Bakı, Sumqayıt və Gəncədə narkomaniyaya qarşı sosial ça..

  6. Bakı, Sumqayıt və Gəncədə narkomaniyaya qarşı sosial ça..

  7. Bakı, Sumqayıt və Gəncədə narkomaniyaya qarşı sosial ça..

  8. Bakı, Sumqayıt və Gəncədə narkomaniyaya qarşı sosial ça..

  9. Bakı, Sumqayıt və Gəncədə narkomaniyaya qarşı sosial ça..

  10. Bakı, Sumqayıt və Gəncədə narkomaniyaya qarşı sosial ça..

Sumqayıt Dövlət Dram Teatrında narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib

“26 iyun – Birləşmiş Millətlər Təşkilatının Narkotik vasitələrin sui‑istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar Sumqayıt Dövlət Dram Teatrında geniş maarifləndirici tədbir təşkil olunub.

Tədbir Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tədbir çərçivəsində narkomaniyanın fəsadlarına həsr olunmuş rəsm sərgisinə baxış keçirilib.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları, Səhiyyə Nazirliyinin Sumqayıt Narkoloji Dispanserinin baş həkimi, Abşeron Regional Təhsil İdarəsinin nümayəndəsi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı narkotik vasitələrdən istifadənin tibbi, sosial və hüquqi fəsadları, narkomaniyanın insan sağlamlığına və cəmiyyətin mənəvi dəyərlərinə vurduğu zərərlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, mövcud qanunvericilik mexanizmləri, profilaktik tədbirlərin əhəmiyyəti, gənclərin sağlam həyat tərzinə təşviqi və onların asudə vaxtının səmərəli təşkili məsələləri vurğulanıb.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

/img/gallery/100x100/2025_06_30_12_53_33_9566.jpg
  1. Sumqayıt Dövlət Dram Teatrında narkomaniyaya qarşı maar..

  2. Sumqayıt Dövlət Dram Teatrında narkomaniyaya qarşı maar..

  3. Sumqayıt Dövlət Dram Teatrında narkomaniyaya qarşı maar..

  4. Sumqayıt Dövlət Dram Teatrında narkomaniyaya qarşı maar..

  5. Sumqayıt Dövlət Dram Teatrında narkomaniyaya qarşı maar..

  6. Sumqayıt Dövlət Dram Teatrında narkomaniyaya qarşı maar..

  7. Sumqayıt Dövlət Dram Teatrında narkomaniyaya qarşı maar..

  8. Sumqayıt Dövlət Dram Teatrında narkomaniyaya qarşı maar..

  9. Sumqayıt Dövlət Dram Teatrında narkomaniyaya qarşı maar..

  10. Sumqayıt Dövlət Dram Teatrında narkomaniyaya qarşı maar..

  11. Sumqayıt Dövlət Dram Teatrında narkomaniyaya qarşı maar..

  12. Sumqayıt Dövlət Dram Teatrında narkomaniyaya qarşı maar..

  13. Sumqayıt Dövlət Dram Teatrında narkomaniyaya qarşı maar..

  14. Sumqayıt Dövlət Dram Teatrında narkomaniyaya qarşı maar..

  15. Sumqayıt Dövlət Dram Teatrında narkomaniyaya qarşı maar..

  16. Sumqayıt Dövlət Dram Teatrında narkomaniyaya qarşı maar..

  17. Sumqayıt Dövlət Dram Teatrında narkomaniyaya qarşı maar..

  18. Sumqayıt Dövlət Dram Teatrında narkomaniyaya qarşı maar..

Bayram Günlərində "802 Qaynar Xətt" WhatsApp üzərindən vətəndaşlara xidmət göstərəcək

Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən vətəndaş məmnunluğunu təmin etmək məqsədilə 26–29 iyun tarixlərində bayram günləri ərzində də "802 Qaynar Xətt" fəaliyyətini davam etdirəcək.

Vətəndaşlar rəsmi WhatsApp nömrəsi (055) 600 08 02 vasitəsilə sorğularını göndərə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı suallarına cavab və yönləndirici məlumat əldə edə bilərlər.

/img/gallery/100x100/2025_06_25_15_22_41_cfe9.png
  1. Bayram Günlərində "802 Qaynar Xətt" WhatsApp üzərindən ..

  2. Bayram Günlərində "802 Qaynar Xətt" WhatsApp üzərindən ..

"Azərfon" abunəçilərinə maarifləndirmə xarakterli SMS-bildiriş göndərilib

26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə təşkil edilən silsilə tədbirlər çərçivəsində, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu aidiyyəti qurumla birgə, cari ilin 25, 26 və 27  iyun tarixlərində "Azərfon" (Nar) abunəçilərinə narkotiklərin fəsadları barədə SMS-bildirişlərin göndərilməsinə başlayıb.

Göndərilən SMS-lərdə abunəçilərə belə çağırış edilib: “DK İşçi Qrupu: Narkotiklərin fəsadları barədə məlumatlı olaq və birlikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xətt: 802

Maarifləndirici mesajların mərhələli şəkildə 3 gün ərzində ümumilikdə 2 milyon 100  minə yaxın abunəçiyə göndərilməsi nəzərdə tutulur.

/img/gallery/100x100/2025_06_25_15_11_59_174b.jpg
  1. "Azərfon" abunəçilərinə maarifləndirmə xarakterli SMS-b..

Sabunçu rayonunda 26 İyun – Narkotiklərlə Mübarizə Günü münasibətilə maarifləndirici tədbir keçirilib

26 İyun – Birləşmiş Millətlər Təşkilatının Narkotiklərlə Mübarizə Günü münasibətilə 2025-ci il 24 iyun tarixində Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirici tədbir təşkil olunub. Tədbir, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Bakı şəhər Gənclər və İdman İdarəsinin Sabunçu rayonu üzrə Gənclər və İdman sektorunun müdiri, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Bakı Gənclər Mərkəzinin direktoru, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, eləcə də müəssisənin pedaqoji heyəti və tələbələri iştirak ediblər.

Çıxışlar zamanı narkotik vasitələrdən istifadənin doğurduğu tibbi, sosial və hüquqi fəsadlar, narkomaniyanın insan sağlamlığına, ailə institutuna və cəmiyyətin mənəvi dəyərlərinə vurduğu zərərlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, mövcud qanunvericilik mexanizmləri, profilaktik tədbirlərin əhəmiyyəti və gənclərin sağlam həyat tərzinə təşviqi, onların asudə vaxtının səmərəli təşkili məsələləri diqqətə çatdırılıb. Tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

/img/gallery/100x100/2025_06_25_14_00_38_fe4b.JPG
  1. Sabunçu rayonunda 26 İyun – Narkotiklərlə Mübarizə Günü..

  2. Sabunçu rayonunda 26 İyun – Narkotiklərlə Mübarizə Günü..

  3. Sabunçu rayonunda 26 İyun – Narkotiklərlə Mübarizə Günü..

  4. Sabunçu rayonunda 26 İyun – Narkotiklərlə Mübarizə Günü..

  5. Sabunçu rayonunda 26 İyun – Narkotiklərlə Mübarizə Günü..

  6. Sabunçu rayonunda 26 İyun – Narkotiklərlə Mübarizə Günü..

  7. Sabunçu rayonunda 26 İyun – Narkotiklərlə Mübarizə Günü..

  8. Sabunçu rayonunda 26 İyun – Narkotiklərlə Mübarizə Günü..

  9. Sabunçu rayonunda 26 İyun – Narkotiklərlə Mübarizə Günü..

  10. Sabunçu rayonunda 26 İyun – Narkotiklərlə Mübarizə Günü..

  11. Sabunçu rayonunda 26 İyun – Narkotiklərlə Mübarizə Günü..

2025-ci il üzrə statistik məlumat

2025-ci ilin yanvar-may ayları 

/img/gallery/100x100/
  1. 2025-ci il üzrə statistik məlumat..

  2. 2025-ci il üzrə statistik məlumat..

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2025-cü ilin yanvar-may aylarının yekununa dair məlumat

2025-ci ilin yanvar-may ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.

Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3797 cinayət faktı aşkarlanmışdır. Onlardan 1139-u narkotik vasitələrin qanunsuz satışı, 2616-ı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 40-ı narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 3 ton 313 kq 859,7 qram narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 905 kq 356,243 qramını marixuana, 188 kq 156,45 qramını heroin, 76 kq 040,847 qramını tiryək, 33 kq 150,438 qramını həşiş,21 kq 438,927 qramını digər narkotik vasitələr və 89 kq 716,795 qramını psixotrop maddələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 5183 ədəd metadon, 8235 ədəd çətənə və 600 qr xaş-xaş bitkisi, eləcə də 32 qram, 95 həb,39 kapsul güclü təsir edən maddə  qanunsuz dövriyyədən  götürülmüşdür.

Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 97 hektar sahədən 17590 ədəd, 4 ton 094 kq yabanı halda bitmiş narkotik tərkibli  çətənə xaş-xaş bitkiləri  müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.

Qanunsuz dövriyyədən çıxarılmış 3 ton 313 kq 859,7 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 87 milyon 551 min AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2042 nəfər cəlb edilmiş, 44 nəfəri xarici ölkə vətəndaşıdır.

Xarici ölkə vətəndaşlarından ümumilikdə 447 kq 208,684 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülmüşdür.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 101 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 196 kq 338 qr  və 5183 həb metadon narkotik vasitə və psixotrop maddə və 13 194 ədəd həb güclü təsir edən maddə  çıxarılmışdır.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 110 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi  1 ton 062 kq 775,163 qr maddə müsadirə edilmişdir.

872 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 791 kq 291,4 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

Təhlil göstərir ki, 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 1059, qanunsuz satış ilə bağlı faktların sayı 252, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 792, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiya edilməsi faktlarının sayı 14, bu kateqoriyadan olan digər cinayət faktlarının sayı 1, qrup halında olan cinayətlərin sayı 16 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 892 nəfər azalmışdır.

Qaçaqmalçılıqla bağlı faktların sayı 15, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 485 kq 830,852 qr artmışdır.

2024-cü ilin yanvar-may ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 178 kq 698,445 qr (48,7%), tiryəkin çəkisi 4 kq 365,08 qr (5,4%),  psixotrop maddələrin çəkisi 21 kq 432,421 qr (19,3%) azalmışdır.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 2 ton 905 kq 356,243 qr-n  (89 %) marixuana təşkil etmişdir. Onun da 2 ton 643 kq 042,268 qramı (90,8%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 262 kq 313,975 qramı (9,2 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2025-ci ilin 28 yanvar tarixində qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 24 qərar əsasında barəsində məhvetmə qərarı qəbul edilmiş 5 ton 168 kq 332,011 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr və  29-30 may 2025-ci il tarixlərdə isə 2397 məhkəmə  hökmü üzrə  5 ton 094 kq 323,346 qr müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorları, həmçinin 8644 ədəd çətənə bitkisi  məhv edilmişdir.

Eyni zamanda hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı 30 rayon və şəhərdə 1020 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 32kq 925,902 qr və 21 həb müxtəlif narkotik vasitələr, psixotrop maddələr və 248 ədəd çətənə bitkisinin məhv olunması təmin edilmişdir.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 38352 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1981 nəfərdən 1132  nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 309, QİÇS-lə Mübarizə Mərkəzində 347, Sumqayıt Narkoloji Mərkəzində 138 nəfər)  794 xəstə müalicə alır.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə  narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2025-ci ilin may ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 24 (4,4%) nəfəri inyekson narkotik istifadəçiləri olmuşdur.

2025 ilin yanvar-may ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə            357 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 38-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 34-ü narkotik asılılıqdan müalicə, 285-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 72 məktub ünvanlanmışdır.

802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

/img/gallery/100x100/2025_06_19_15_44_06_02ed.png
  1. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..

Nəsimi rayonunda 26 İyun – Narkotiklərlə Mübarizə Günü münasibətilə maarifləndirici tədbir keçirilib

  26 İyun – Birləşmiş Millətlər Təşkilatının Narkotiklərlə Mübarizə Günü münasibətilə 2025-ci il 18 iyun tarixində Nəsimi Rayon İcra Hakimiyyətində maarifləndirici tədbir təşkil olunub. Tədbir, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

  Tədbir çərçivəsində şagirdlərin narkomaniyanın fəsadlarına həsr olunmuş rəsm sərgisinə baxış keçirilib.

  Görüşdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon üzrə Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının sədri, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, məktəblərin tərbiyə işləri üzrə direktor müavinləri, müəllim və psixoloqlar, yuxarı sinif şagirdləri, eləcə də aidiyyəti qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

  Çıxışlarda narkotik vasitələrdən istifadənin yaratdığı təhlükələr, narkomaniyanın insan sağlamlığına, cəmiyyətə və mənəvi dəyərlərə vurduğu zərər, mövcud hüquqi mexanizmlər, habelə gənclərin asudə vaxtının səmərəli təşkili kimi məsələlər ətrafında ətraflı məlumat verilib. Tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

/img/gallery/100x100/2025_06_19_11_25_45_2c60.jpg
  1. Nəsimi rayonunda 26 İyun – Narkotiklərlə Mübarizə Günü ..

  2. Nəsimi rayonunda 26 İyun – Narkotiklərlə Mübarizə Günü ..

  3. Nəsimi rayonunda 26 İyun – Narkotiklərlə Mübarizə Günü ..

  4. Nəsimi rayonunda 26 İyun – Narkotiklərlə Mübarizə Günü ..

  5. Nəsimi rayonunda 26 İyun – Narkotiklərlə Mübarizə Günü ..

  6. Nəsimi rayonunda 26 İyun – Narkotiklərlə Mübarizə Günü ..

  7. Nəsimi rayonunda 26 İyun – Narkotiklərlə Mübarizə Günü ..

  8. Nəsimi rayonunda 26 İyun – Narkotiklərlə Mübarizə Günü ..

  9. Nəsimi rayonunda 26 İyun – Narkotiklərlə Mübarizə Günü ..

  10. Nəsimi rayonunda 26 İyun – Narkotiklərlə Mübarizə Günü ..

  11. Nəsimi rayonunda 26 İyun – Narkotiklərlə Mübarizə Günü ..

  12. Nəsimi rayonunda 26 İyun – Narkotiklərlə Mübarizə Günü ..

  13. Nəsimi rayonunda 26 İyun – Narkotiklərlə Mübarizə Günü ..

Bakcell abunəçilərinə narkotiklərin ziyanı barədə maarifləndirici SMS-lər göndərilib

26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə təşkil edilən silsilə tədbirlər çərçivəsində, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu aidiyyəti qurumla birgə cari ilin 17 iyun tarixindən etibarən “Bakcell” abunəçilərinə narkotiklərin fəsadları barədə SMS-bildirişlərin göndərilməsinə başlayıb.

Göndərilən SMS-lərdə abunəçilərə belə çağırış edilib: “DK İşçi Qrupu: Narkotiklərin fəsadları barədə məlumatlı olaq və birlikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xətt: 802

Maarifləndirici mesajların mərhələli şəkildə 5 gün ərzində ümumilikdə 2 milyondan artıq abunəçiyə göndərilməsi nəzərdə tutulur.

/img/gallery/100x100/2025_06_18_10_31_49_5a66.png
  1. Bakcell abunəçilərinə narkotiklərin ziyanı barədə maari..

“Özünü qoru, narkotikə hədəf olma” adlı şüar elektron informasiya terminallarında

   Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Daimi Fəaliyyət  Göstərən İşçi Qrupu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin birgə əməkdaşlığı çərçivəsində 26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar ictimai maarifləndirmə istiqamətində görülən işlərin təsirliyini artırmaq məqsədi ilə “Özünü qoru, narkotikə hədəf olma” adlı  yeni şüarın cari ilin 16 iyun tarixindən etibarən (15 gün müddətində) Bakı şəhərinin 16 küçə və prospektində mövcud olan elektron informasiya terminallarında nümayişinə  başlanılmışdır.

   Birgə əməkdaşlıq çərçivəsində görülən işlərin davamlılığını təmin etmək məqsədi ilə sosial layihənin növbəti aylarda da müəyyən müddət ərzində nümayişi nəzərdə tutulur.

/img/gallery/100x100/2025_06_17_11_54_50_5fd2.jpg
  1. “Özünü qoru, narkotikə hədəf olma” adlı şüar elektron i..

  2. “Özünü qoru, narkotikə hədəf olma” adlı şüar elektron i..

  3. “Özünü qoru, narkotikə hədəf olma” adlı şüar elektron i..

  4. “Özünü qoru, narkotikə hədəf olma” adlı şüar elektron i..

26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur

26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən aidiyyəti qurumlar ilə birlikdə bir sıra silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

  • Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq çərçivəsində müvafiq mətnli SMS bildirişin (DK İşçi Qrupu: Narkotiklərin fəsadları barədə məlumatlı olaq və birlikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xətt: 802) ölkə üzrə fəaliyyət göstərən mobil rabitə operatorları tərəfindən abunəçilərə göndərilməsi;
  • Azərbaycan Gənclər Fondu ilə imzalanmış tədbirlər planının 1-ci bəndinə müvafiq olaraq, müxtəlif tədbirlərdə istifadə üçün üzərində narkotik istifadəsinə qarşı mübarizəyə aparmağa səsləyən şüar və cümlələrin, rolapların istifadəsi, gənclər arasında maarifləndirici bukletlərin paylanması;
  • “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində Respublikanın regionlarında gənclərə narkotik vasitələrin insan orqanizminə mənfi təsiri və törətdiyi fəsadlara dair biliklərin artırılması məqsədilə təlimlərin təşkili;
  • Ali və orta ixtisas təhsili müəsissələrində tələbələr arasında antinarkotik təbliğat işinin əhatəsinin genişləndirilməsi məqsədilə“Sağlam həyat tərzi və ailə dəyərləri” mövzusunda seminarların və ictimai mühazirələrin təşkili;
  • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin elektron informasiya tablolarında “Özünü qoru, narkotikə hədəf olma” şüarının nümayişi;
  • Maarifləndirici videoçarxların Bakı şəhərinin bir sıra küçə və prospektlərində mövcud olan elektron reklam lövhələrində və “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtobuslarında olan monitorlarda və metro stansiyalarında nümayişi;
  • Dövlət Komissiyasının 2025-ci ilə dair İş Planının 18-ci bəndinə müvafiq olaraq, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər və rayon komissiyaları tərəfindən aidiyyəti qurumları və vətəndaş cəmiyyəti institutlarını cəlb etməklə tədbirlərin keçirilməsi;

Həyata keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində və o cümlədən sosial şəbəkələrdə geniş işıqlandırılmasını təmin ediləcəkdir.

/img/gallery/100x100/2025_06_10_12_39_23_3b7d.jpg
  1. 26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanun..

"Narkotiksiz gələcək naminə!” mövzusunda maarifləndirici tədbir keçirildi.

02 iyun 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Binəqədi Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Binəqədi qəsəbəsində yerləşən 182 nömrəli tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi.
 
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri-Binəqədi RİH başçısının müavini Sevinc Süleymanova, Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının katibi Nicat Allahverdiyev, Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin rəisi, polkovnik-leytenantı Əhməd Məlikov, Binəqədi Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili bölməsinin baş inspektoru, polis mayoru Cəfər Adıgözəlov, “Şəfəq” Reabilitasiya Mərkəzinin əməkdaşları Ənvər Qasınzadə və Murad Məmmədov, “Gənclərin antinarkomaniya” İctimai Birliyin sədri Büllurə Məmmədova, 182 nömrəli tam orta məktəbin direktor əvəzi İlhamə Qurbanova, 182 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.
 
Tədbirdə çıxış edən Binəqədi RİH başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova qonaqları salamlayaraq cəmiyyətdə hər bir şəxsiyyətin formalaşması üçün ilkin tərbiyənin, şüurunda həkk olunan öyüd-nəsihətin, ailə mühitinin və ailə tərbiyəsinin mühüm əhəmiyyət kəsb etməsini vurğulayaraq, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizədə hamının səfərbər olmalı olduğunu söylədi və bu məsələlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu, yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlərin keçirildiyini, görüşlərin mütəmadi davamı olduğunu qeyd etdi.
 
Növbəti çıxış edən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin rəisi, polkovnik-leytenantı Əhməd Məlikov narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində aparılan mübarizəyə diqqət çəkərək bildirdi ki, rayon polisi narkotik vasitələrin alveri ilə məğul olanların tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində müxtəlif əməliyyat tədbirləri həyata keçirir və bundan sonra da narkotiksiz cəmiyyət üçün mübarizəsini ardıcıl şəkildə davam etdirən polisin fəaliyyətinin ictimaiyyət, əsasən də, valideyn və təhsil müəssisələri tərəfindən aktiv formada dəstəklənməsi zəruri olduğunu bildirdi.
 
Daha sonra çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev gənclərimizi və uşaqlarımızı narkomanlığın necə bir bəla olduğunu, bu bəladan uzaq durmalarını və ətraflarında olan insanları da “ağ ölüm”dən qorumaq üçün çalışmalarının vacibliyini qeyd edərək, narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırdı.
 
Yeniyetmə və gənclərin əsrimizin bəlasına çevrilən norkomaniyadan uzaq durmalarının vacibliyindən danışanlar “Gənclərin antinarkomaniya” İctimai Birliyin sədri Büllurə Məmmədova və “Şəfəq” Reabilitasiya Mərkəzinin əməkdaşı Ənvər Qasınzadə bildirdilər ki, ağ ölüm adlandırılan narkomaniya ilə mübarizə dövlətimizin və cəmiyyətimizin qarşısında duran əsas vəzifələrdəndir, dünyada və ölkəmizdə norkomaniya ilə mübarizə ildən ilə genişlənsədə təssüflər olsun ki, bu bəlanın qarşısını tam olaraq almaq mümkün deyil. Ona görədə həm rəsmi sturukturlar vasitəsilə həm də vətəndaş cəmiyyəti xətti ilə hər il norkamaniyaya qarşı müxtəlif tədbirlər həyata keçrilir. Xususilədə gənclərin iştirakı ilə keçrilən maarifləndirici görüşlərin başlıca məqsədi gəncləri bu bəlada uzaq tutmaqdır.
 
Tədbir çərçivəsibdə şağirdlərə maarifləndirici bukletlər paylanıldı və iştirakçıları maraqlandıran suallar təşkilatçılar tərəfindən ətraflı cavablandırılmaqla müzakirə formatında davam etdirildi.
/img/gallery/100x100/2025_06_04_11_18_37_197c.jpg
  1. "Narkotiksiz gələcək naminə!” mövzusunda maarifləndiric..

  2. "Narkotiksiz gələcək naminə!” mövzusunda maarifləndiric..

  3. "Narkotiksiz gələcək naminə!” mövzusunda maarifləndiric..

  4. "Narkotiksiz gələcək naminə!” mövzusunda maarifləndiric..

  5. "Narkotiksiz gələcək naminə!” mövzusunda maarifləndiric..

  6. "Narkotiksiz gələcək naminə!” mövzusunda maarifləndiric..

  7. "Narkotiksiz gələcək naminə!” mövzusunda maarifləndiric..