Qalereya

26 İyun - Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Binəqədidə tədbirlər keçirildi

26 iyun BMT-nin "Narkotiklərlə mübarizə günü" ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Binəqədi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir təşkil olunmuşdur.

Tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini, rayon komissiyanın sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndəsi, rayon polis şöbəsinin əməkdaşları, Bakı Şəhər Narkoloji Mərkəzin  nümayəndəsi müəllimlər və şagirdlər.

Çıxışlar zamanı narkotik vasitələrdən istifadənin doğurduğu tibbi, sosial və hüquqi fəsadlar, narkomaniyanın insan sağlamlığına, ailə institutuna və cəmiyyətin mənəvi dəyərlərinə vurduğu zərərlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, mövcud qanunvericilik mexanizmləri, profilaktik tədbirlərin əhəmiyyəti və gənclərin sağlam həyat tərzinə təşviqi, onların asudə vaxtının səmərəli təşkili məsələləri diqqətə çatdırılıb. Tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış "Rəqəmsal mühitdə gizli narkotik riskləri", "Yeniyetmələr və gənclər üçün", "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı bukletlər  iştirakçılara paylanılıb.

/img/gallery/100x100/2026_06_25_09_53_07_960f.JPG
  1. 26 İyun - Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Binə..

  2. 26 İyun - Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Binə..

  3. 26 İyun - Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Binə..

  4. 26 İyun - Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Binə..

"Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində Şəkidə kompleks maarifləndirmə tədbirləri keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Şəki şəhərində “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maarifləndirici təlim təşkil edilmişdir.

Tədbirin açılışında Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən şəxs, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi  fəaliyyət göstərən İşçi qrupunun rəhbər müavini, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru, ikinci vətən müharibəsi veteranı eləcə də digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Bununla yanaşı, gənclər üçün “Dövlətçilik və vətəndaşlıq”, “Rəqəmsal bacarıqların artırılması”, “Təhsil və karyera”, “Sağlam həyat tərzi” mövzularında təlimsessiyaları, robototexnika və incəsənət sahələrində master-klaslar təşkil olunmuş, həmçinin rəqəmsal alətlərdən istifadəyə dair peşəkar şəxslərlə görüşlər keçirilmişdir.

Tədbir zamanı gənclərin narkotik asılılığı probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili, rəqəmsal mühitdə gizli narkotik riskləri, hüquqa zidd əməllər, hüquqi məsuliyyət və digər məsələlər barədəətraflı məlumat verilmiş, gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış "Rəqəmsal mühitdə gizli narkotik riskləri", "Yeniyetmələr və gənclər üçün", "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı təbliğat materialları gənclərə təqdim edilmişdir

/img/gallery/100x100/2026_06_24_14_29_23_88bf.jpg
  1. "Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində Şəkidə k..

  2. "Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində Şəkidə k..

  3. "Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində Şəkidə k..

  4. "Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində Şəkidə k..

  5. "Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində Şəkidə k..

  6. "Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində Şəkidə k..

  7. "Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində Şəkidə k..

  8. "Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində Şəkidə k..

  9. "Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində Şəkidə k..

Siyəzən rayonunda növbəti maarifləndirici aksiya təşkil olunub.

Maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Siyəzən Rayon İcra Hakimiyyəti ilə birgə rayon ərazisində maarifləndirici aksiya keçirilib.

Aksiya çərçivəsində “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, “Psixotrop maddələr haqqında həqiqət”, “Marixuana Haqqında Həqiqət”,"Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar", "Məlumatlı ol, cinayət törətmə" və “Narkotiklər Haqqında Həqiqəti Bilin” adlı yeni əyani vəsaitlər paylanılmışdır.

Tədbir zamanı könüllülər tərəfindən rayonun müxtəlif yaşayış ünvanlarında, istirahət yerlərində, küçə və prospektlərdə sakinlərlə xüsusilə yeniyetmə və gənclərlə görüşlər təşkil olunmuşdur. Görüşlərdə internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalareləcə də süni intellekt əsaslı məzmun təsirlərinin təhlükələri, məlumatlandırmanın gücləndirilməsinin zəruriliyi, hüquqi məlumatlandırma, inzibati məsuliyyət, psixoloji təzyiq və yanlış təsəvvürlər izah edilmiş, habelə fərdi qərarvermə bacarığı, psixoaktiv maddələrin mahiyyəti, yeniyetmələrdə erkən davranış və fizioloji əlamətlərin vaxtında tanınmasının əhəmiyyəti, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlər, onların istifadəsinin fəsadları, eləcə də narkomaniyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmişdir.

Eyni zamanda, narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb, sağlam həyat tərzinin təbliği aparılıb

/img/gallery/100x100/2026_06_24_13_59_05_8e06.jpg
  1. Siyəzən rayonunda növbəti maarifləndirici aksiya təşkil..

  2. Siyəzən rayonunda növbəti maarifləndirici aksiya təşkil..

  3. Siyəzən rayonunda növbəti maarifləndirici aksiya təşkil..

  4. Siyəzən rayonunda növbəti maarifləndirici aksiya təşkil..

  5. Siyəzən rayonunda növbəti maarifləndirici aksiya təşkil..

  6. Siyəzən rayonunda növbəti maarifləndirici aksiya təşkil..

Siyəzən rayonunda məhkəmə qərarları əsasında müsadirə olunmuş az və xeyli miqdarda olan narkotik vasitələr məhv edilib

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Siyəzən rayonunda komissiyası tərəfindən barəsində məhvetmə qərarı qəbul edilmiş 17 məhkəmə hökmü üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.

Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

/img/gallery/100x100/2026_06_24_11_52_37_7ac5.png
  1. Siyəzən rayonunda məhkəmə qərarları əsasında müsadirə o..

26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Siyəzən rayonunda tədbir təşkil edilmişdir.

26 iyun BMT-nin "Narkotiklərlə mübarizə günü" ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Siyəzən rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir təşkil olunmuşdur.

Tədbirdə Siyəzən rayon İcra Hakimiyyəti başçısının müavini, yerli komissiyanın sədri, Komissiyanın üzvləri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndəsi, rayon polis şöbəsinin əməkdaşları, müəllimlər, psixoloq və valideyinlər iştirak etmişlər.

Çıxışlar zamanı narkotik vasitələrdən istifadənin doğurduğu tibbi, sosial və hüquqi fəsadlar, narkomaniyanın insan sağlamlığına, ailə institutuna və cəmiyyətin mənəvi dəyərlərinə vurduğu zərərlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, mövcud qanunvericilik mexanizmləri, profilaktik tədbirlərin əhəmiyyəti və gənclərin sağlam həyat tərzinə təşviqi, onların asudə vaxtının səmərəli təşkili məsələləri diqqətə çatdırılıb. Tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış "Rəqəmsal mühitdə gizli narkotik riskləri", "Yeniyetmələr və gənclər üçün", "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı bukletlər paylanılıb.

/img/gallery/100x100/2026_06_24_11_45_54_3041.jpg
  1. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Siyəzə..

  2. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Siyəzə..

  3. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Siyəzə..

  4. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Siyəzə..

  5. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Siyəzə..

  6. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Siyəzə..

  7. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Siyəzə..

  8. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Siyəzə..

  9. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Siyəzə..

  10. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Siyəzə..

  11. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Siyəzə..

  12. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Siyəzə..

  13. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Siyəzə..

Sumqayıt şəhərində məhkəmə qərarları əsasında müsadirə olunmuş az və xeyli miqdarda olan narkotik vasitələr məhv edilib

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Sumqayıt şəhər komissiyası tərəfindən barəsində məhvetmə qərarı qəbul edilmiş 13 məhkəmə hökmü üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.

Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

 

/img/gallery/100x100/2026_06_24_11_31_04_2ea2.jpg
  1. Sumqayıt şəhərində məhkəmə qərarları əsasında müsadirə ..

Narkomanlığa qarşı məlumatlandırıcı sosial çarx nümayiş olunur

26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və onların qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar ölkəmizdə bir sıra maarifləndirici tədbirlər həyata keçirilir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşəbbüsü ilə hazırlanan sosial çarxlar cari ilin 12 iyun tarixindən  Azərbaycan Dövlət Reklam Agentliyi vasitəsilə paytaxt Bakı ilə yanaşı, Sumqayıt və Gəncə şəhərlərinin küçə və prospektlərində yerləşdirilmiş elektron lövhələrdə yayımlanır.

“Narkotiklərdən istifadə beyində silinməz izlər buraxır” və “802 – qaynar xətt” adlı videoçarxların nümayişi narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı sosial maarifləndirmə işinin gücləndirilməsi məqsədini daşıyır.

Qeyd edək ki, bu sosial çarxların uzunmüddətli yayımlanması nəzərdə tutulur.

 

/img/gallery/100x100/2026_06_23_15_40_23_90fd.png
  1. Narkomanlığa qarşı məlumatlandırıcı sosial çarx nümayiş..

  2. Narkomanlığa qarşı məlumatlandırıcı sosial çarx nümayiş..

  3. Narkomanlığa qarşı məlumatlandırıcı sosial çarx nümayiş..

  4. Narkomanlığa qarşı məlumatlandırıcı sosial çarx nümayiş..

  5. Narkomanlığa qarşı məlumatlandırıcı sosial çarx nümayiş..

  6. Narkomanlığa qarşı məlumatlandırıcı sosial çarx nümayiş..

  7. Narkomanlığa qarşı məlumatlandırıcı sosial çarx nümayiş..

Bakcell abunəçilərə narkotiklərin fəsadları ilə bağlı SMS-bildirişlər göndərilib

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu aidiyyəti qurumlarla birgə cari ilin 18 iyun tarixindən 22 iyun tarixinə dək "Bakcell" abunəçilərinə narkotiklərin fəsadları barədə SMS-bildirişlər göndərilib.

Həyata keçirilən məlumatlandırma kampaniyasının çərçivəsində göndərilən SMS-lərdə abunəçilərə belə çağırış edilib: "DK İşçi Qrupu: Narkotiklərin fəsadları barədə məlumatlı olaq və birlikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xətt: 802"

Maarifləndirici mesajların mərhələli şəkildə 5 gün ərzində ümumilikdə 2 milyon 200 minə yaxın abunəçiyə göndərilməsi təmin olunub.

 

/img/gallery/100x100/2026_06_23_10_08_52_4d42.png
  1. Bakcell abunəçilərə narkotiklərin fəsadları ilə bağlı S..

  2. Bakcell abunəçilərə narkotiklərin fəsadları ilə bağlı S..

  3. Bakcell abunəçilərə narkotiklərin fəsadları ilə bağlı S..

Cəzaçəkmə müəssisəsində narkomaniyaya qarşı növbəti maarifləndirmə tədbiri keçirilib

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.5-ci yarımbəndinə əsasən, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər üçün antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə 11 saylı cəzaçəkmə müəssisəsində maarifləndirmə tədbiri təşkil olunub.

  Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin,  Respublika Narkoloji  Mərkəzin nümayəndələri iştirak etmişdir.

  Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə tövsiyələr verib, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.

   Sonda suallar ətrafında diskussiyalar aparılıb və zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.

/img/gallery/100x100/2026_06_23_09_56_24_100d.jpg
  1. Cəzaçəkmə müəssisəsində narkomaniyaya qarşı növbəti maa..

  2. Cəzaçəkmə müəssisəsində narkomaniyaya qarşı növbəti maa..

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2026-cı ilin yanvar-may aylarının yekununa dair məlumat

2026-cı ilin yanvar-may ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.

Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3766 cinayət faktı aşkarlanmışdır. Onlardan 890-ı narkotik vasitələrin qanunsuz satışı, 2841-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 33-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

 Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton    263,1 kq 533,1 qram narkotik vasitələrin və psixotrop maddələrin  3 ton 664 kq 289,559 qramını marixuana, 212 kq 587,146 qramını heroin, 88 kq 128,798 qramını tiryək, 214 kq 243,147 qramını həşiş, 7 kq 937,74 qramını digər narkotik vasitələr və 76 kq 346,71 qramını  psixotrop maddələr təşkil etmişdir. Bunlarla yanaşı 4486 ədəd həbmetadon, 3660 ədəd çətənə bitkisi və 29 həb psixotrop maddə aşkar edilərək götürülmüşdür.

Qanunsuz dövriyyədən çıxarılmış 4 ton 263,1 kq 169,4 qramnarkotik vasitələrin və psixotrop maddələrinümumilikdə dəyəri 111 milyon 793 min AZN kimi qiymətləndirilir.

 Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2110 nəfər cəlb edilmiş, onlardan 2057-si kişi, 53-ü qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 25 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 25 xarici ölkə vətəndaşından ümumilikdə 156 kq 822,062 qr və 974 ədəd həb müxtəlif növ narkotik vasitələr  götürülmüşdür.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 73 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 072 kq 342,425 qr və 950 ədəd həb metadon  narkotik vasitə çıxarılmışdır.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 88-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 978 kq 133,4 qr və 950 ədəd həb metadon narkotik vasitə və psixotrop maddə, eləcə də 4,2 qr güclü təsir edən maddə müsadirə edilmişdir.

1132 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 887kq 290,9 qr müxtəlif növ narkotik vasitə müsadirə edilmişdir.

Təhlil göstərir ki, 2025-ci ilin yanvar-may  ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 31fakt, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 249 fakt, nartkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 7 fakt, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 28 fakt, qrup halında olan cinayətlərin sayı 22 fakt, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarınınsayı isə 19 nəfər azalmış, narkotik vasitələrin qanunsuz satışı ilə bağlı faktların sayı 225 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 949 kq 673,4 qr, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 68 nəfər artmışdır.

2025-ci ilin yanvar-may ayı ilə müqayisədə 2026-cı ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış digər narkotik vasitələrin çəkisi 13 kq 501,187 qr (63%), psixotrop maddələrin çəkisi 13 kq 370,085 qr  (15%) azalmışdır.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 3 ton 664 kq 289,599 qr-nı (85,9%) marixuana təşkil etmişdir. Onun da2 ton 988 kq 320,239 qr qramı (82,0%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 675 kq 969,36 qramı (20,4%) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 30 yanvar 2026-ci ilin tarixdə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 25 məhkəmə və istuintaq qərarları əsasında barəsində məhvetmə qərarı qəbul edilmiş 858 kq 620,899 qr, 22139 ədəd həb, 1056 ampul narkotik vasitə, psixotrop maddə və 4745 ədəd həb, 240 paket güclü təsir maddələr yandırma üsulu ilə məhv edilmişdir.

Eyni zamanda hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı ilə 26 rayon və şəhərdə 583 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 27 kq 814,826 qr müxtəlif narkotik vasitələrin, psixotrop maddələrin, 113 ədəd çətənə bitkisi və 19 ədəd həb güclü təsir edən maddənin məhv olunması təmin edilmişdir. 

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 39002 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2740 nəfərdən 1301 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 279, QİÇS-lə Mübarizə Mərkəzində 293, Sumqayıt Narkoloji Mərkəzində 122 nəfər)  694 xəstə müalicə alır.

2026-cı ilin yanvar-may ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 302 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 38-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 25-i narkotik asılılıqdan müalicə, 239-si isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 63 məktub ünvanlanmışdır.

802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

2026-cı ilin yanvar-may ayları ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə  aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 110 tədbir (70 maarifləndirici və təşkilati tədbir, 40 maarifləndirici sosial aksiya) təşkil edilmişdir.

 

 

 

Narkomanlığa və Narkotik  Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı Mübarizə  üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

/img/gallery/100x100/2026_06_22_15_50_05_ffa9.png
  1. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..

İctimai maarifləndirmə tədbirlərinin əhatəsi genişləndirilir

26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə təşkil edilən silsilə tədbirlər çərçivəsində, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu aidiyyəti qurumla birgə, cari ilin 18 iyun tarixindən 22 iyun tarixinə dək "Azərfon" (Nar) abunəçilərinə narkotiklərin fəsadları barədə SMS-bildirişlərin göndərilməsinə başlayıb.

Göndərilən SMS-lərdə abunəçilərə belə çağırış edilib: "DK İşçi Qrupu: Narkotiklərin fəsadları barədə məlumatlı olaq və birlikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xətt: 802"

Maarifləndirici mesajların mərhələli şəkildə 5 gün ərzində ümumilikdə 1 milyon 600 minə yaxın abunəçiyə göndərilməsi nəzərdə tutulur.

/img/gallery/100x100/2026_06_22_09_45_58_1078.png
  1. İctimai maarifləndirmə tədbirlərinin əhatəsi genişləndi..

  2. İctimai maarifləndirmə tədbirlərinin əhatəsi genişləndi..

“Özünü qoru, narkotikə hədəf olma” adlı şüar elektron informasiya terminallarında

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Daimi Fəaliyyət Göstərən İşçi Qrupu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin birgə əməkdaşlığı çərçivəsində 26 iyun — "Narkotik Vasitələrin Sui-istifadəsi və Qanunsuz Dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü" ilə əlaqədar ictimai maarifləndirmə istiqamətində görülən işlərin təsirliliyini artırmaq məqsədilə "Özünü qoru, narkotikə hədəf olma" adlı yeni şüarın Bakı şəhərinin 10 küçə və prospektindəki elektron informasiya terminallarında nümayişinə cari ilin 17 iyun tarixindən etibarən başlanılmışdır.

Birgə əməkdaşlıq çərçivəsində görülən işlərin davamlılığını təmin etmək məqsədi ilə sosial layihənin növbəti aylarda da hər ayın 25-də nümayişi nəzərdə tutulur. 

 

/img/gallery/100x100/2026_06_17_15_58_06_c4b4.jpg
  1. “Özünü qoru, narkotikə hədəf olma” adlı şüar elektron i..

  2. “Özünü qoru, narkotikə hədəf olma” adlı şüar elektron i..

  3. “Özünü qoru, narkotikə hədəf olma” adlı şüar elektron i..

  4. “Özünü qoru, narkotikə hədəf olma” adlı şüar elektron i..