
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu siyasəti dəstəkləmək məqsədilə yaradılan “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun dəstəyi ilə “Vətənini, özünü, ailəni düşün – Sağlam Yaşa!” adlı layihə çərçivəsində Quba rayonunun Hacıbaba Əliyev adına şəhər 1 nömrəli tam orta məktəbində, Zaur Cəfərov adına şəhər 3 nömrəli tam orta məktəbində, İsaak Xanukov adəna Qırmızı qəsəbə 1 nömrəli tam orta məktəbində, Xaçmaz rayonunun Akademik Zərifə Əliyeva adına şəhər 8 nömrəli məktəb-liseyində, şəhər 9 nömrəli tam orta məktəbində və A.Səlimov adına şəhər 7 nömrəli tam orta məktəbində “Narkomaniyaya “Yox” deyək” devizi altında maarifləndirici tədbirlər keçirmişdir.
Tədbirlərdə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Quba və Xaçmaz rayon komissiyalarının nümayəndələri, məktəb direktorları, çoxsaylı müəllimər və şagirdlər iştirak etmişlər.
Çıxış edənlər “ağ ölüm” adlandırılan narkomaniya və onun fəsadları, narkomaniyadan və QİÇS-dən qorunmağın yolları və s. barədə ətraflı məlumat verməklə, dövlətimizin hər bir vətəndaşa göstərdiyi qayğıdan, gələcəyimiz olan gənclərin sağlam böyüməsinin vacibliyindən danışmışlar.
Bildirilmişdir ki, narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bir sıra problemlər kimi, narkotizm probleminin üzərindən də pərdələr götürülmüş və bu neqativ hala qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi ön plana çıxmış, bir sözlə problemə münasibətdə yeni mərhələ başlanılmışdır. Şərti olaraq “yeni” adlandırdığımız bu mərhələnin ən uğurlu cəhəti ondan ibarətdir ki, narkotizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılmışdır.
Tədbirlər çərçivəsində “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin nümayəndələri tərəfindən müəllim və yuxarı sinif şagirdlərinə İctimai Birlik tərəfindən hazlrlanmış maarifləndirici buklet, dəftərxana ləvazimatları (qələm, karandaş, xətkeş, pozan və dəftər) paylanmış, iştirakçılarla söhbət və müzakirələr məktəblərin bufetlərində açılan süfrə ətrafında da davam etdirilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, təhsil müəssisələrində təhsil işçiləri, məktəblilər arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması məqsədi ilə Sabunçu rayonu 311 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin məsul işçisi, Sabunçu Rayon Polis İdarəsinin rəisi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Respublika Narkoloji Mərkəzinin əməkdaşları mövzu ətrafında çıxışlar edərək problemə dair maarifləndirmə və izahat xarakterli ətraflı məlumatlar vermişlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmış, iştirakçılaraDövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları paylanılmışıdr.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası və 26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar cari ilin 22 may tarixində Nəsimi rayon 46 saylı məktəbin akt zalında tədbir keçirilmişdir.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin I müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, rayon polis söbəsinin, Dini qurumun, Nəsimi rayon veteranlar şurasının əməkdaşları, psixoloqlar, müəllim və şagirdlər iştirak etmişdirlər. Aidiyyəti dövlət orqanlarının nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, rayon komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin və din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermiş, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılmışdır.
Tədbir kütləvi informasiyya vasitələri tərəfindən işıqlandirilmışdır.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına müvafiq olaraq, ictimai maarifləndirmə və sağlam həyat tərzinin təbliği istiqamətində Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Çalış ki, Narkotikə Hədəf Olmayasan” adlı sosial rolik cari ilin 20 may tarixindən etibarən Bakı şəhəri Sabunçu rayonu ərazisində fəaliyyət göstərən “Stimul Hospital”ın monitorlarında nümayiş olunur
Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun tapşırığına əsasən, 16 may 2018-ci il tarixdə Bünyad Sərdarov adına “Maşınqayırma Zavodu”nun inzibati ərazisində 388 məhkəmə hökmü ilə müsadirə olunmuş 892 kq-dan artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 8700 ədəd çətənə bitkisi Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı ilə Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən məhv edilmişdir.
Məhv edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 468 kq 658,155 qr marixuana, 217 kq 096,701 qr heroin, 183 kq 025,135 qr tiryək, 22 kq 848,734 qr həşiş qətranı, 18462 ədəd psixotrop maddə təşkil etmişdir. (Məhv olunan müxtəlif növ narkotik vasitələrin qara bazarda ümumi dəyəri 16 milyon manat təşkil edir).
Məhvetmə prosesi respublikada fəaliyyət göstərən televiziya kanalları və digər kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdır.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Dövlət Komissiyasının İşçi Qrupunun və Ədliyyə Nazirliyi Penitensiar xidmətin birgə əmri ilə təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan 10 ədəd sosial lövhənin cəzaçəkmə müəssisələrində quraşdırılması təmin edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.16-cı bəndinin icrası ilə əlaqədar, Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə təhsil müəssisələrində təhsil işçiləri, məktəblilər və tələbələr arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması məqsədi ilə cari ilin aprel ayının 24-ü də “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda Şəki şəhəri və Qax rayonunda maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun əməkdaşları və Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının üzvləri mövzu ətrafında çıxışlar edərək, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmiş, iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılmışdır.
Sonda narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə videofilm nümayiş olunmuşdur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.16-cı bəndinin icrası ilə əlaqədar, Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə təhsil müəssisələrində təhsil işçiləri, məktəblilər və tələbələr arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması məqsədi ilə cari ilin aprel ayının 24-ü və 25-i də “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda Qobustan və Ağsu rayonlarında maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun əməkdaşları və Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının üzvləri mövzu ətrafında çıxışlar edərək, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmiş, iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılmışdır.
Sonda narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə videofilm nümayiş olunmuşdur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.16-cı bəndinin icrası ilə əlaqədar, Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə təhsil müəssisələrində təhsil işçiləri, məktəblilər və tələbələr arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması məqsədi ilə cari ilin aprel ayının 26-sı və 27-də “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda Zaqatala və Balakən rayonlarında maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun əməkdaşları və Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının üzvləri mövzu ətrafında çıxışlar edərək, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmiş, iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılmışdır.
Sonda narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə videofilm nümayiş olunmuşdur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.16-cı bəndinin icrası ilə əlaqədar, Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə təhsil müəssisələrində təhsil işçiləri, məktəblilər və tələbələr arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması məqsədi ilə cari ilin aprel ayının 25-də “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda Qəbələ və Oğuz rayonlarında maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun əməkdaşları və Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının üzvləri mövzu ətrafında çıxışlar edərək, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmiş, iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılmışdır.
Sonda narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə videofilm nümayiş olunmuşdur.
2018-ci ilin 3 ayı ərzində ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilmişdir.
Belə ki, cari ilin 3 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 887 fakt aşkar edilmişdir ki, onlardan 304-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 564-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 13-ü isə digərləri təşkil etmişdir. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 519 kq 631,681 qr müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr, prekursorlar və o cümlədən 160 ədədçətənə kolu müsadirə olunmuşdur.
Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 263 kq 197,362 qr marixuana(50,6%), 87 kq 259,777 qr tiryək (16,8%), 135 kq 722,762 qr heroin (26,2%), 27 kq 467,44 qr həşiş (5,3%), 4 kq 368,229 qr digərləri (0,8%), 1 kq 616,111 qr psixotrop maddələr (0,3%), və 4490 ədəd həb təşkil etmişdir.
Cinayət məsuliyyətinə 493 nəfər cəlb edilmişdir ki, onlardan 1-i 18 yaşadək, 36-sı 18-25 yaşadək, 60-ı 26-29 yaşadək, 396-sı 30 yaşdan yuxarı, o cümlədən 4-ü fəhlə, 420-sı işləməyənlər, 1-i kənd təsərrüfatı işçisi, 1-i vəzifəli və ya maddi məsul şəxs, 177 nəfəri əvvəllər cinayət törətmiş şəxslər, 489-u kişilər, 4-ü qadınlar, 8 nəfəri isə xarici ölkə vətəndaşları olmuşdur ki, onlardan da ümumilikdə 1500 qrama yaxın narkotik vasitə və psixotrop maddələr götürülmüşdür. Əcnəbilərdən 3-ü Rusiya Federasiyası 2-i İran İslam Respublikası, 2-i Ukrayna, 1-i isə Türkmənistan Respublikasının vətəndaşı olmuşdur.
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin31.12.2017-ci il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 30.131 nəfər qeydiyyatda olmuşdur ki, onlardan 25.139 nəfəri dispanser, 4992 nəfəri profilaktik qeydiyyatda olanlardır.Onlardan 595 nəfəri qadın, 212 nəfəri toksikoman,21038 nəfəri (470 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2017-ci ildə 2115 nəfər yeni qeydiyyata götürülmüş, 1432 nəfər isə qeydiyyatdan çıxarılmışdır.
Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən 2018-ci ilin 3 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 148 nəfər təşkil etmişdir ki, onlardan 145-i (98%) Azərbaycan vətəndaşı, 3-ü (2%) isə əcnəbilərdir.
Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən 01 aprel 2018-ci il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6903 nəfər qeydiyyata götürülmüşdür ki, onlardan 6680-i (96,8%) Azərbaycan vətəndaşı, 223-ü (3,2%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 5037-i (73%) kişi, 1866-sı (27%) qadındır.
İİV-ə yoluxması təsdiq olunmuş 6903 nəfərdən 3087-də (44,7%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir, onlardan 2270 (73,5%) nəfər dispanser qeydiyyatındadır. 01.04.2018-ci il tarixinə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 4367 nəfər təşkil etmişdir ki, onların da 1823 nəfəri İNİ olmuşdur. Cari ilin 3 ay ərzində isə ART-yə cəlb olunan 160 pasiyentdən 18 nəfərində İNİ aşkar edilmişdir.
2018-ci ilin müvafiq dövrü ərzində Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 8056 nəfər keçmişdir. Onlardan 1043 nəfəri narkotik vasitələlərin istifadəsinə görə müayinə olunmuş və 551 nəfər istifadəçi aşkar olunaraq müvafiq qeydiyyata götürülmüşdür.
Həmçinin, hesabat dövründə 784 nəfər stasionar müalicəyə qəbul olunmuşdur ki, onlardan 253 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 529 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F11) diaqnozu ilə müalicəyə qəbul edilənlərdir. Eyni zamanda metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 230 xəstə müalicə alır. Onlardan 179 nəfəri Respublika Narkoloji Mərkəzində, 51 nəfər isə QİÇS-lə Mübarizə Mərkəzindədir.
Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında 2018-ci ilə dair təsdiq edilmiş “Tədbirlər Planı”na müvafiq olaraq, cari ilin 20 aprel tarixində 5 saylı cəzaçəkmə müəssisəsində profilaktik tədbirlər həyata keçirilib.
Tədbirlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermişlər.
Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış zəruri maarifləndirici çap məhsulları məhkumlar arasında paylanılmışdır. Bundan əlavə cəzaçəkmə müəssisəsinin oxu zalı əyani vəsaitlərlə təmin edilmişdir.
“Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai..
Sabunçu rayonunda maarifləndirmə tədbiri keçirilib..
26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” ilə əlaqə..
Narkotiklərin fəsadlarını təbliğ edən sosial rolikin nü..
892 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr m..
Cəzaçəkmə müəssisələrində sosial lövhələr yerləşdirilmi..
Şəki şəhəri və Qax rayonunda maarifləndirmə tədbiri keç..
Qobustan və Ağsu rayonlarında maarifləndirmə tədbiri ke..
Zaqatala və Balakən rayonlarında maarifləndirmə tədbir..
Qəbələ və Oğuz rayonlarında maarifləndirmə tədbiri keçi..
2018-ci ilin 3 ayı ərzində ölkədə narkotik vasitələrin,..
5 saylı cəzaçəkmə müəssisəsində maarifləndirici tədbir ..