Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının icrası ilə əlaqədar Xətai rayonunda tədbir keçirilib.

   Cari ilin 05 dekabr tarixində  Xətai rayon 98 saylı tamortaməktəbdə “Narkomaniyaya yox deyib, sağlam həyatı seçirik” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

    Tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi və davamlılığının təmin edilməsi məqsədi ilə  Dövlət Komissiyasının İşçi Qrupunun, Xətai Rayon İcra Hakimiyyətinin və 98 saylı tamortaməktəbin təşəbbüsü ilə təşkil olunmuşdur.

   Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin və Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları, məktəbin direktoru mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr,  maarifləndirmə sahəsində həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermiş, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır. 

    Eyni zamanda şagirdlərin səhnələşdirdiyi “Narkomaniyaya yox deyib, sağlam həyatı seçirik”adlı maarifləndirici tamaşa nümayiş olunmuşdur.

  Həmçinin, tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında  paylanılmışdır.

 




Baxılıb: 2311