Salyan rayonunda dəyirmi masa təşkil olunub.

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və onun icrası zamanı işlərin müvafiq yerli orqanlarla əlaqələndirilməsi məqsədilə cari ilin 16 avqust tarixində Dövlət Komissiyasının İşçi Qrupu Salyan rayon  İcra Hakimiyyəti ilə birgə dəyirmi masa keçirmişdir.

  Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbər müavini, İşçi qrupun sektor müdiri, Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının üzvləri iştirak etmişdir.

    Tədbir çərçivəsində rayon komissiyasına metodiki köməklik göstərilmiş və zəruri əyani vəsaitlərlə təmin olunmuşdur.




Baxılıb: 1119