Metro stansiyalarında narkomanlığa qarşı sosial reklamlar yerləşdirilib

   Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın 4.4.35-ci bəndinə müvafiq olaraq, maarifləndirmə işinin daha da genişləndirilməsi məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən narkomanlığın zərəri ilə bağlı hazırlanan ümumilikdə 20 sosial lövhə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “Memar Əcəmi”, “Koroğlu”, “Azadlıq”, “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu”, “İnşaatçılar”, “Nəsimi”, “Gənclik və  “Nəriman Nərimanov” stansiyalarında quraşdırılıb.




Baxılıb: 1504