Şəhər və rayonlarda maarifləndirmə tədbirlərinin effektivliyinin artırılması davam etdirilir

   Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq göstərişinə uyğun olaraq, maarifləndirmə tədbirlərinin effektivliyinin artırılması və görülən işlərin davamlılığının təmin olunması, narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə Lənkəran, Mingəçevir, Salyan, Cəlilabad, Masallı, Astara, Kürdəmir, Ucar, Ağdaş, Göyçay şəhər və rayonlarında “Narkomanlığın mahiyyəti, doğurduğu fəsadlar və onunla mübarizə” mövzusunda profilaktik tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

   Tədbirlər çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materiallarının iştirakçılara paylanılması təmin olunacaq.




Baxılıb: 890