Yevlax rayonu ərazisində 974 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

   Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2018” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Qaramanlı kənd bələdiyyəsinə məxsus torpaq sahəsindən hər birinin hündürlüyü 65-75 sm olan 1947 ədəd, ümumi çəkisi 974 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 2198