Narkomanlığın yayılma dərəcəsini aşkarlamaq məqsədi ilə sosial sorğular keçirilib.

   Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun göstəriş və tapşırıqlarına müvafiq olaraq,“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə  dair  2013-2018-ci illər üçün Dövlət Proqramı”nın 4.1.16-cı bəndinin icrası ilə əlaqədar, yeniyetmə və gənclər arasında narkomanlığın yayılma dərəcəsini aşkarlamaq məqsədi ilə Gənclər və İdman Nazirliyinin dəstəyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı və aidiyyəti qeyri-hökümət təşkilatınının iştirakı ilə cari ilin dekabr ayının müvafiq dövrü ərzində Baki şəhərinin Yasamal, Nizami, Sabunçu rayonlarında, o cümlədən Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Salyan, Yevlax, Kürdəmir şəhər və rayonlarında sosial sorğular keçirilmişdir.




Baxılıb: 1431